Allaha iman



Yüklə 1,29 Mb.
səhifə4/32
tarix02.01.2022
ölçüsü1,29 Mb.
#842
növüMücərrəd
1   2   3   4   5   6   7   8   9   ...   32
1-Fəlsəfi cəhətdən

Bu nəzəriyyə mövcud reallığı inkar etmək məcburiyyətində qaldı, yəni real olaraq yaşadığımız həyatı həm ümumi, həm də konkret şəkildə inkar etdi. Çünki, bu nəzəriyyəyə əsasən biz hər hansı bir şeyi dərk etmək üçün hissiyyatımızdan başqa heç nəyə malik deyilik və hissiyyatımız da şeyləri bizə real həqiqətdə olduğu kimi deyil, yalnız zahirdə gördüyümüz kimi tanıtdırır. Buna əsasən, biz hər hansı bir şeyi hiss etdiyimiz zaman yalnız bunu deyə bilərik ki, həmin şey bizim hiss və duyğu aləmimizdədir, onun vücudu isə bizim hissiyyatdan kənardadır, dərrakəmizdən xaricdə real və müstəqil şəkildə vardır və təsəvvürümüzdən öncə mövcuddur. Deməli, onun isbat olunması üçün heç bir yol yoxdur.

Məsələn, insan ayı səmada gördüyü zaman yalnız buna inana bilər ki, onu həmin anda müşahidə və hiss edir. Amma belə bir sual qarşıya çıxır ki, görəsən doğrudanmı ay səmada mövcuddur? Və ya insan gözünü açıb baxmamışdan əvvəl də mövcud idimi? Həmin nəzəriyyənin tərəfdarları, qarşıya çıxan bu suallara cavab verməkdə aciz qalmışlar. Bu, eynilə çəpgöz adamın məsəlinə oxşayır: O, elə əşyaları görüb dərk edir ki, onların real vücudları yoxdur. Həmin şəxs o əşyaların varlığını isbat edə bilərmi?

Bununla da, hiss və təcrübəyə təmayül nəzəriyyəsi axırda özünü hissiyyat dairəsində məhdudlaşdırdı, onu idrak və mərifət üçün bir vasitə götürmək əvəzinə, hissi ən son hədd və mərtəbə kimi qəbul etdi. Nəticədə əşyaların varlığı, bizim idrak və anlayışımızdan xaricdə müstəqil şəkildə varlığı qəbul olunmadan, hisslə idrak olunmaqla şərtləndirildi.



Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin