EKSPERİMENTAL TƏCRÜBƏYƏ MATERİALİST BİR NƏZƏR
Qeyd etdiyimiz ifratçı məntiq və fəlsəfə cərəyanlarının hətta maddi fəlsəfə sahələrindəki nüfuzu belə, zəifləməyə başlamışdır. Yeni maddi fəlsəfə məktəblərinin özləri də (əsas etibarı ilə dialektik materialistlər) bu qəbildən olan təmayülləri rədd edirlər. Beləliklə də çağdaş maddi fəlsəfə hiss və təcrübənin hüdudlarını (hər bir alim öz təhqiqatını bundan başlayır) aşmaqda özünə haqq qazandırır, hətta (alimlərin təhqiqatının sona yetdiyi) ikinci mərhələni də keçməyi məqbul sayır ki, ayrı-ayrı elmlərdən əldə etdiyi nailiyyətləri bir-biri ilə müqayisə edib onun üçün ümumi elmi bir yozum bəyan etsin və bu nailiyyət və nəticələrin arasındakı bağlılığın ən çox ağla sığanlarını məlum etsin.
Ördüyümüz kimi, maddi təfəkkürün müasir təmsilçiləri olan sofistik maddəçilər (yəni dialektik materialistlər) zamanın keçməsi ilə kainatı dialektik əsasda ümumi və külli şəkildə izah etdikləri vaxt o ifrat nəzəriyyələr baxımından qeybə əsaslanan fəlsəfəyə meyl etmişlər.
Belə olanda hər iki fəlsəfə - həm maddi (materializm), həm də ilahi (teizm) fəlsəfə birlikdə radikal (ifratçı) materialist cərəyanlarının insanı bir növ hasara salmaq istədiyi hiss və təcrübə sərhədlərini keçməkdə yekdil fikrə gəldilər. Bu zaman mərifət iki mərhələyə malik oldu: Birincisi - hissi və təcrübi nailiyyətləri toplamaq, ikincisi isə onları əqli nəzəriyyələr əsasında izah etmək.
İlahiyyat ilə materializm arasında olan ixtilaf yalnız ikinci mərhələdəki müxtəlif elmi nailiyyətlərdən çıxarılan əqli nəticələrin necə izah olunmasındadır. Materializm bu məsələləri Yaradanı inkar etməklə izah edir, ilahiyyat məktəbi isə bu elmi nailiyyətlərin izahını yalnız o vaxt məqbul və qanətbəxş sayır ki, hikmətli Yaradanın vücuduna etiraf etmiş olsun.
Ələcək bəhslərimizdə hikmət sahibi olan Yaradanı sübut etmək üçün iki metoddan istifadə edəcəyik. Bu metodun hər ikisində də hiss və təcrübədən əldə olunan məlumatların əqli cəhətdən tənzim olunması yolu ilə kainat üçün müəyyən bir Yaradan olmasını sübut edəcəyik.
Dostları ilə paylaş: |