Аллаһын елчиси



Yüklə 1,48 Mb.
səhifə14/40
tarix24.05.2018
ölçüsü1,48 Mb.
#51258
1   ...   10   11   12   13   14   15   16   17   ...   40

HÜQUQİ ŞəXSİYYəT


Allah-taala bu məsələyə əhəmiyyət verdiyi üçün Peyğəmbərin (s) qadınlarına yol göstərir və onların hüquqi şəxsiyyətini aşkar bəyan edir. Onlara xatırladır ki, siz başqaları kimi deyilsiniz. Siz rəhbərlik evinə bağlısınız. Xalq başqalarından gözləmədiyini sizdən gözləyir. Əlbəttə ki, bu göstərişlər təkcə Peyğəmbər qadınlarına aid deyildir. Quran ayələri müəyyən məkan və müəyyən şəxslər üçün məhdudlaşa bilməz. Quran bəşəri və əbədi bir hidayət kitabıdır. Bu göstərişlər rəhbərlik məqamına, islami nizama bağlı bütün şəxslərə aiddir. Bütün məsullar və onlara bağlı olanlar, dini addan faydalananlar hər zaman bu göstərişləri rəhbər tutmalıdırlar. Qısası, bu göstərişlər bütün hüquqi şəxslərə aiddir. Həqiqi şəxsiyyətdən əlavə hüquqi şəxsiyyətə malik olanlar öz rəftarlarına, evlərinə, miniklərinə, paltarlarına, süfrələrinə başqalarından daha çox fikir verməlidirlər. Çox vaxt onlar mübah şeylərdən də çəkinməlidirlər. «Sizdən hər kim Allaha Rəsuluna itaət edib yaxşı ilər görsə, onun mükafatını ikiqat verərik». («əhzab» 31).

«Ey Peyğəmbər zövcələri, Allahdan qorxacağınız təqdirdə siz qadınların heç biri kimi deyilsiniz» («əzhab» 32). «Siz ey peyğəmbər zövcələri, sizin hansı biriniz açıq-aşkar bir çirkin görsə onun əzabı ikiqat olacaq» («əhzab» 30). Bu «uyğun cəza olaraq» ayəsinə («Nəbə» 16) zidd deyil. İki cəza qazancı fərqli baxımlardandır.

Quran rəhbərlik evinin şəninə, adına o qədər əhəmiyyət verir ki, belə müraciət edir: Ya şən və adı qorumaqla Peyğəmbərlə olun, ya da Peyğəmbərdən və rəhbərlikdən uzaqlaşın. Rifah istəyi ilə peyğəmbər ardıcıllığı yanaşı ola bilməz. Bu iki şey bir yerdə mümkün deyil. Diqqət edin: «Ya Peyğəmbər, zövcələrinə de ki, əgər dünya rifahı bər-bəzək istəyirsinizsə, qoy Peyğəmbər sizin haqqınızı ödəyib boşasın». Rəhbərlik evində rifah mümkün deyil:

彷彸￿￿考 彷彷￿￿ 彷弄考 彸彸￿￿ 彸弄䱸‡(᭘￿￿￿︨돻♅￿￿ 彷彷￿Yox, axirət həyatını istəyirsinizsə, Allah içərinizdən yaxşı işlər görənlər üçün böyük bir mükafat hazırlaşmışdır» («əhzab» 29). Quranın müraciətləri diqqəti bu nöqtəyə yönəldir ki, siz Peyğəmbər zövcəsi olduğunuz üçün başqalarından daha diqqətli olmalı, cahil əməllərdən çəkinməli, xalq arasında cahil adətlərlə görünməməlisiniz: «Öz evlərinizdə olun, məclislərdə cahiliyyət dövrünün qadınları kimi görünməyin» («əhzab» 33).

Peyğəmbərin (s) qadınları bu göstərişləri ürəkdən qəbul etdilər; öz əməl və rəftarlarına diqqətli oldular. Söz yox ki, Peyğəmbərin vəfatından sonra Ayişə bu göstərişlərindən çıxıb, müxalifət bayrağı qaldırdı. Cəməl döyüşü fitnəsində əlinin (ə) cavan hökumətinə qarşı çıxdı. Əlbəttə ki, yuxarıdakı ayədən belə nəticə çıxarmaq olmaz ki, qadın ictimai məsuliyyətlərdən kənarda olmalıdır. Bu məsələnin izahı «Fatimə həyat idealı» kitabında şərh edilib.

Hər halda Quran yolu ilə düşünənlər, əməlini Qurana uyğunlaşdırmaq istəyənlər Peyğəmbəri (s) özlərinə nümunə götürürlər. Bu hüquqi şəxsiyyətə malik olanlara daha çox aiddir və onlra bu məsələyə ciddi yanaşmalıdırlar. Belə şəxslər deyilənlərə sübut istəsələr, həmin ayə şəri dəlil ola bilər.

PEYĞəMəBRİN (S) ÖVLADLARI


Həzrətin (s) üç oğlu və dörd qız övladı olmuşdur. Oğlanlar – Qasim (Peyğəmbər bu münasibətlə «əbül-qasim» adlanmışdır, Qasim iki yaşında ikən Məkkədə vəfat etmişdir), Əbdüllah (besətdən sonra anadan olub, ona görə də «Təyyib», «Tahir» ləqəbləri var. Məkkədə vəfat edib və onun ölümündən sonra As ibni Vail Peyğəmbəri sonsuz adlandırıb), İbrahim (Mədinədə Qibtiyyə Mariyədən olub, Hicrətin onuncu ilində on yeddi aylığında vəfat edib, Bəqidə dəfn olunub. Tarixdə yazıldığına görə həzrət (s) onun ölümünə ağlayıb, «qəlbim yanır» deyib). İbrahimin məzarı ziyarətgahdır. Həzrətin Xədicədən olan övladlarını Qasim, Təyyib, Tahir kimi qeyd ediblər. Amma belə görünür ki, Təyyib və Tahir adları hər ikisi Əbdüllaha aiddir.

Peyğəmbərin (s) qızları:

-Zeynəb Peyğəmbərin böyük qızıdır. İzdivacdan beş il sonra doğulub. Öz xalası oğlu əbül-as ibni Rəbi ilə ailə qurub, Hicri səkkizinci ildə vəfat edib. Bəzi yazılara görə Fatimədən sonra əli (ə) ilə ailə qurub.

-Rüqəyyə islamdan əvvəl doğulub. Əvvəlcə əbu Ləhəb oğlu Utbə ilə ailə qurub. «Təbbət» surəsi nazil olandan sonra əbu Ləhəbin göstərişi ilə toydan qabaq ayrılıb. Sonra Osman ibni əfan ilə izdivac edib. Hicri ikinci ilidə dünyasını dəyişib.

-Ümmi Gülsüm də Məkkədə doğulub. Bacısı kimi əbu Ləhəbin digər oğlu ətibə ilə izdivac edib. «Təbbət» surəsindən sonra ayrılıb. Rüqəyyənin vəfatından sonra Osmana ərə gedib. Hicri üçüncü ildə vəfat edib.

-Fatimeyi-Zəhra (s) besətdən beş il sonra doğulub. Hicrətdən iki ay sonra Mədinədə əli (ə) ilə ailə qurub. Həzrətdən (s) sonra onun yeganə yadigarıdır.



Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin