VİLAYİ HÖKUMəTİN MəQSəDİ
Amma belə də deyən olar ki, yuxarıda sadalanan vəzifələr siyasi quruluş üçün kifayət deyil. Cəmiyyətin rəhbərliyi ilahi sifətlərin, ilahi göstərişlərin ifadəsi olmalıdır. Rəhbər ilahi sifətlərin təcəllisi, Allah xəlifəsi olmalı, Allahı əks etdirən güzgü kimi bərq vurmalıdır. İlahi rəhbər cəmiyyətin etiqad və əxlaq saflığını qorumaqdan əlavə siyasi və ictimai rəhbərlik vəzifəsini də daşıyır. Çünki cəmiyyətin paklığı məqsədinə çatmaq üçün cəmiyyətdə din çiçəklənməlidir və dinin cəmiyyətdə gerçəkləşməsi ləyaqətli insanlar hesabına mümkündür.
Başqa sözlə, siyasi hakimiyyətin işi təkcə şəhər salma deyil. Siyasətin məqsədi həqiqi insanlar yetirməkdir. Bu isə dünyəvi biliklərlə yox, başlanğıc və məadı işıqlandıran vəhy yolu ilə mümkündür. Hökumət cəmiyyəti ilahi və insani dəyərlərə sövq etməlidir. Bu məqsədin əldə edilməsi üçün hökumətin iş üsulunda, rəhbərin və icraçının təyinatında din iştirak etməlidir. Siyasi quruluş insanların fitri istedadlarını çiçəkləndirməlidir. Vəhy göstərişi olmadan bu məqsədə nail olmaq qeyri-mümkündür. Belə bir hökumətin məqsədinə yetişməkdə insan fikri və təcrübələr acizdir.
2-DİNİ VİLAYəT
İkinci mühüm nöqtə budur ki, Allahın dinində ixtiyarlı bir insan var, yoxsa yoxdur? Cavab vermək asandır. Din Allahın ixtiyarındadır və vəhy insan fikri sərhəddinin o biri üzündən gəlir. Dini biliklər insan fikrindən ucada dayanır. Allah kimsəyə dində ixtiyar (vilayət) verməmişdir. Dində kimsə dəyişiklik, əvəz etmə apara bilməz. İlahi peyğəmbərlər də dində ixtiyar sahibi (vəli) deyildirlər. Sadəcə, ilahi dəvəti çatdıran seçilmişlərdir. Bəs nə üçün bəzi dini əsərlərdə bu ixtiyarın həvalə olunmasından («təfviz») danışılır? Elə bu həvalə də əslində Peyğəmbərin şəxsi rəyi yox, ilahi vəhyə işarədir.
əgər bir şəxsin dində vilayəti (ixtiyarı) yoxdursa, dinin həvalə olunması haqqı da yoxdur. Hətta peyğəmbərin də elə bir haqqı yoxdur. Yalnız Allah onu həvalə edə bilər və bu təyinat Ona lazımdır. Çünki din ixtiyarsız olduqda quru dərman nüsxəsi kimi bir şeydir və bu nüsxədən həkim olmadan bir nəticə əldə etmək olmaz. Beləcə, Peyğəmbərin risaləti dövründə xalqa rəhbərlik üçün böyüklərin («vəli») təyin edilməsi faktdır. Xüsusi ilə vida həcci dövründə Peyğəmbərin (s) Allah əmrinə əsasən imam təyinatı rəsmi surətdə qeydə alınıb. Qədir kimi əzəmətli bir mərasimdə həzrət (s) bütün bəhanələri kəsərək bu əmri yerinə yetirdi. Bu rəhbərin təyinatı ilə Allah-taala dini kamala çatdığını bəyan etdi və rəsmi şəkildə ümmət rəhbərliyin bünövrəsi qoyuldu. «Bu gün sizin dininizi kamala çatdırdım, siz olan nemətimi tamamladım və bir din kimi sizin üçün islamı bəyənib seçdim». («Maidə» 3). Vəlinin təyini ilə dinin möhkəmlənməsi odur ki, müxtəlif yönümlərdə din aydınlaşdırılsın və icra edilsin. Xalqın vilayəti onun öhdəsinə keçir və bu ötürmə vilayətin peyğəmbərdən canişinə ötürülməsidir. «Peyğəmbər möminlərə onların özlərindən yaxındır» («əhzab» 6). Şiələrin etiqadına görə Peyğəmbərdən (s) sonra da cəmiyyətə rəhbərlik Allah tərəfindən təyin olunur. On iki məsum imam da bu təyinat üzrədir.
VİLAYəTİN İSTəYİ
İnsanlar xilqət nöqteyi-nəzərincə bir növ vəhdətdədirlər və onların yaranış başlanğıcı eyni bir həqiqətdir. Ona görə də kimsə kiməsdən üstün deyildir. Üstünlük olmadığı təqdirdə bir şəxs o birinin üzərində hakimiyyətə malik ola bilməz. Bu əsaslar dini və hüquqi cəhətdə qəbul olunmuşdur. Vilayət və hakimiyyət o zaman məqbuldur ki, insan özü bir şəxsin hakimiyyətini qəbul etsin. dini baxımdan da insana yalnız Allah-taala – ona verilən nemətlərin sahibi hökm edə bilər. Mənəviyyat və ləyaqətə əsaslanan istənilən bir vilayət Allahın təsdiqi ilə hüquqidir. Peyğəmbərin, islamın fiqhin vilayətinə gəldikdə isə bu hakimiyyətlər ilahi dəyərləri istəyir və Allah tərəfindən təsdiqlənir.
Başqa sözlə, insanların hakimiyyəti Allah tərəfindən iman dəyərlərinə əsaslanır. Əgər möminin mömin üzərində hakimiyyəti varsa, bu əsası Allah tərəfindən qoyulmuş iman hakimiyyətidir: «Möminlər yaxşı işlər görməyi əmr edər, pis işləri yasaqlarlar». («Tövbə» 71). Mömin Allah tərəfindən mömin üzərinə vilayəti, əmr etmək və çəkindirmək haqqı vardır. Əgər atının oğul üzərində vilayəti vardırsa, bu atalıq şənindəndir və Allah tərəfindən olan vilayətdir. Eləcə də Peyğəmbərin xalq üzərində hakimiyyəti ismət və tədbir əsasında ilahi təyinatdır. Ona görə də vilayət və rəhbərlik işində söhbət xalqa hakimlik və dini ixtiyardan getdiyindən rəhbərin təyini xalqın yox, Allahın işidir. Eləcə də, peyğəmbərin, imamın və ya fəqihin vilayəti din yox, xalq üzərindədir.
Amma ictimai işlərdə xalq özü hansısa bir qərara gələ bilər. Məsələn, əkinçilik və sənətdə, tibb və əczaçılıqda, şəhərsalma və ictimai işlərdə. Bütün bunlar xalq işidir («ümurun-nas»). Bu ümumi işlər iki yolla rastlaşa bilər. Bu işlərin icrası üçün xalq nümayəndə seçə bilər. Ya da bir layiqli şəxs bu işə təyin oluna. Məsələn, Allah-taala bir fərdin ləyaqətindən agah olduğu üçün onu müəyyən işə təyin edə. Hər iki yol doğru görünür.
İlahi siyasi quruluşda dinin ixtiyarı peyğəmbərə həvalə olunduğundan cəmiyyətdə münasibətlərin nizamlanması da onun öhdəsindədir. O, müdirlər və müdiriyyət üsulunu təyin etməklə tarazlıq əldə etməlidir. Xalq öz fərdi, ümumi, ictimai işlərində bir müdirə ehtiyaclıdır. Allah-taala bu işləri ən layiq şəxs olan peyğəmbərə tapşırır. Əgər Quran buyurursa ki, «xalqın işləri müşavirə ilə yerinə yetir», bu həmin sadalanan qeyri-siyasi işlərdir. İctimai, iqtisadi, mədəni işləri xalq dərk etmək qüdrətindədir və bu xalqa aid olan işlərdir – bu işlər məşvərət, məsləhətlə yerinə yetirilir və xalq bu işi bacarır. Lakin bu işlərdə mərkəzləşməyə ehtiyac olduqda bu vəzifə peyğəmbərin öhdəsinə verilir. «Xalqla məşvərət et. Lakin qərara gəldikdə Allaha təvəkkül et» («Ali-imran» 159). Müşavirə lazımdırsa da, son qərar iş böyüyünündür.
Buna görə də xalqın gündəlik işlərində müdiriyyətin təyini üçün vəhyə ehtiyac yoxdur. Din xalqa fizika, kimya öyrətmək üçün gəlməyib. Əgər bir şəxs deyirsə ki, bütün dünyəvi elmlər dindən qidalanır, o şəxs ifrata varır. Bu dini məsuliyyət deyil. Vilayətin istəyi ilahi və insani dəyərlərdir.
Dostları ilə paylaş: |