RəSULULLAH (S) SəYLəR Və QURUCULUQ
Zöhd haqqında danışılanda aydın oldu ki, zöhd vəzifədən qaçıb bir guşədə süst dayanmaq deyil. Bir guşəyə çəkilib, quruca ibadətlə məşğul olana zahid deyilməz. Zöhd haqqında belə bir fikir yanlışdır. Zöhd dünya malına bağlı olmamaqdır. Ona görə də çalışqan, həm də zahid ola bilər. Bu ilahi bir göstərişdir. «O həmin Allahdır ki, torpağı sizin üçün ram etdi. Lakin halal ruzi qazanmaq üçün onun çiyinlərinə süvar olmalısınız» («Mulk» 15). Çalışın, səy göstərin, qurun, əkin-becərin, heyvandarlıq edin, mədən çıxarın və s.
Peyğəmbər (s) həm ən zahid, həm də ən çalışqan insan idi. O, çalışaraq cəmiyyətin ictimai rəhbərliyinə yüksəlmişdi. Quran onun çalışqanlığını belə yad edir: «Gün uzunu çox get-gəlin var» («Muzzəmmil» 7). Gün uzunu çalışmaq onun rahatlığını əlindən almışdı. Hətta istirahət üçün macal da tapmırdı. («Bəhar» 16). Dini göstərişdə deyilir ki, əgər qiyamət qopacaqsa, bacarırsınızsa sizlərdən birinizin əlində olan ağac nihalını əkməlisiniz və bilin ki, mükafatınız olacaq. Bu göstəriş quruculuq haqqındandır. İmamların bağçılıq və əkinçiliyi, əlinin (ə) Kufə kənarında quyular qazması dilbədil gəzir.
Zöhd dəvət edən din deyir: «Hər kəs öz əl zəhməti ilə dolanışığını təmin etsə, Allah yolunda vuruşan adam kimidir» («Vəsail» 12). Həmin din deyir: «Hər kəsin torpağı və suyu ola-ola başqasına möhtac olsa, Allahın rəhmətindən uzaqdır» («Vəsail» 1-ci cild). Müsəlman öz zəhməti və birliyi ilə ruzi qazanmalı, başqalarına möhtac olmamalıdır. Bu quruculuq işlərinə göstərişdir. İslam ümməti hər cəhətdən özünü təmin etməyə sövq edilir. Bu yolda din rəhbərləri nümunə seçilməlidir.
Rəsulullahın (s) həyatının müxtəlif məqamları araşdırılanda aydın olur ki, həzrət (s) ibadət və şəxsi işlərdən qalan vaxtını ya idarə işlərinə, ya cəbhəyə, ya hakimliyə, ya risalətin elanına sərf etmişdir. Onun bəhrəli həyatının bir anı da səmərəsiz keçməmişdir.
RəSULULLAH (S) AĞIL NURU Və GÜZəŞTə GETMə
Qeyd olundu ki, böyük məsuliyyətlərə dözmək üçün insanda böyük dözüm, tutum lazımdır. Rəsulullah (s) məsuliyyəti isə ən çətin ictimai, siyasi və icrai məsuliyyət idi. Çünki bəşər həyatının müxtəlif sahələrinə rəhbərlik onun öhdəsində idi. Həzrət (s) uyğun məsuliyyətə dözə biləcək bir tutuma malik olmalı idi. Onun ağıl nuru bütün dəyərlər üçün güzgü olmalı idi. Cəmiyyətə rəhbərlik çox böyük hadisədir və onun gerçəkləşməsi üçün ağıl nuru əsas şərtdir. Ona görə də cəmiyyətə rəhbərlik məsuliyyətini peyğəmbərin çiyininə qoymuş Allah-taala onun tutumu və ağıl nuru haqqında belə buyurur: «Məgər biz sənin köksünü açıb genişləndirmədikmi?!» («Şərh» 1). Həmin bu ağıl nuru və tutum Quran kimi bir vəhy maarifini qəbul etdi. Həmin bu ağıl nuru növbənöv döyüşlərlə cəmiyyətə rəhbərliyi öhdəsinə götürdü. Həqiqətə uyğun düzgün mövqe seçməklə hamı üçün nümunə olası dəyərləri rəhbər tutdu.
Peyğəmbər ağıl nuru və kamil tutuma malik olduğu üçün cəmiyyətə rəhbərlikdə düzgün mövqe tuta bilmişdi. Din hüquqları qarşılıqlı şəkildə gözlənilməsini göstəriş versə də, bəşər həyatında büdrəmələr olur. Əgər bir adam səhv edirsə və onun bu səhvi bir başqasının hüququnu tapdayırsa, büdrəyən adamla hansı formada rəftar olunmalıdır? İntiqam almaqlamı, yoxsa bağışlamaqla? İmkan olan yerdə bağışlamaq qəlblərin yumşalmasına, insanların ilahi dəyərlərə yaxınlaşmasına bais olur və bu ən yaxşı yoldur. Allah-taala da bağışlamağı üstün qiymətləndirir. Amma bu bağışlamağın səbəbi insanın zəifləməyi olmamalıdır və eləcə də bu bağışlama günaha rəğbətləndirməlidir. «Məgər bilmirsən ki, göylərin və yerin hökmü Allaha məxsusdur. O, istədiyinə əzab verir, istədiyini bağışlayır. Allah hər şeyə qadirdir» («Maidə» 40).
Peyğəmbərin (s) həyatı həm fərdi, həm ictimai, həm də siyasi cəhətdən bir dərsdir. Peyğəmbər (s) ilahi göstəriş əsasında bağışlamağı əsas götürmüşdü: «əfv və bağışlamağı əsas götürür və yaxşı işlərə rəğbətləndirir» («əraf» 199). «Onların səhvlərini bağışla, xoş üzlü və dözümlü ol ki, Allah bağışlayan və xeyirxah insanları dost tutur» («Maidə» 13). Peyğəmbər onun haqqını tapdalayanların fərdi hüquqlarında cəza və tənbehə yol verməzdi. «O, kimsədən öz şəxsi haqqına görə intiqam almazdı. Bütün xəta edənləri bağışlayardı» («Bəhar» 66). Bu hadisələr zamanı peyğəmbər cəmiyyətə rəhbər idi və ona qarşı çoxlu səhvlər buraxılırdı. O, müxtəlif fikirli insanların – müşriklərin, kitab əhlinin mövqelərinə dözər, hətta müəyyən zamanadək onlara öz fikirlərinin təbliği üçün imkan verərdi. Ən qatı düşmənlərini belə lazım gələndə bağışlayardı.
əbu Süfyan bir ömür peyğəmbərlə düşmənlik etmiş, onun əleyhinə Ühüd, əzhab kimi döyüşlərə rəhbərlik etmişdi. Hətta Mədinədə də müsəlmanlara qarşı fitnələr qurmuşdu. Düz iyirmi il islamla düşmənçilik etmişdi. Hicri səkkizinci ildə Məkkə fəth edildi və bütpərəstlər süquta uğradı. Küfr başçıları peyğəmbərin hakimiyyəti altına düşdülər. Onların hər biri peyğəmbərin onlara qarşı necə rəftar edəcəyini gözləyirdilər. Bir dəstə insan «Bu gün döyüş və intiqam günüdür» şüarını verəndə peyğəmbər tərəfindən «Bu gün rəhmət günüdür» buyuruğu ilə ümumi əfv elan olundu. Düşmənlərə «gedin hamınız azadsız» deyildi. Bu ümumi əfv elan olunanda artıq əbu Süfyandan bir qorxu yox idi. Bu bağışlama çoxlarının qəlblərini yumşaltdı və ilahi dəyərlərə rəğbətləndirdi. Bu bağışlama məqamını seçmək rəhbərdən böyük düşüncə tələb edir. «əfv daim insanın izzətinə səbəb olur» («Üsuli-kafi» 1-ci cild). Əlbəttə ki, bu bağışlama yersiz deyildi.
Peyğəmbər (s) əmisi Həmzənin qatili Vəhşini Məkkənin fəthindən bir müddət sonra bağışladı. Ona buyurdu: «Mənim gözümə görünmə». Aydındır ki, Vəhşi çox böyük cinayət etmişdi və onu bağışlamaq həzrət üçün çox çətin idi. Həzrət (s) Taif döyüşü əsirlərindən altı min nəfərini bir dəfəyə bağışladı. Bütün bu güzəştlər insanların qəlbinə təsir edirdi və daim onun əzəmətini ucaldırdı. Siyasi və ictimai rəhbərlikdə ondan nümunə götürülməlidir.
Dostları ilə paylaş: |