Əbu Talib Və PEYĞəMBəRİN (S) HİMAYəSİ
Bəni-haşim arasında Peyğəmbəri (s) himayəyə götürəcək müvəhhid, pak adamlar vardı. Əbdül Mütəllibin vəfatından sonra müvəhhid, pak, fədakar Əbu Talib və Fatimə binti əsəd Həzrətə öz məhəbbət ağuşların açıb, vəsfə gəlməz bir eşqlə ona himayə göstərdilər. Əbu Talib maddi cəhətdən imkanlı olmasa da, Həzrətin (s) himayəsini iftixarla öhdəyə aldı. Həzrətin (s) də qədəmləri onlara xeyr və bərəkət gətirdi. Əbu Talib bu uşağa şiddətlə bağlı olduğundan hamıdan çox qayğı göstərir və onu övladlarından üstün tutur.
Həzrətin (s) gəncliyi bu imanlı ailədə keçir. Bu ailənin fədakarlığı və məhəbbəti o qədər dərin təsir qoyur ki, Peyğəmbər (s) bu məhəbbəti heç zaman unutmur. Fatiməni xeyli körpə əhatə edirdi. Onun imkanı zəif idi. Onlara yemək verəndə hər biri öz payını almaq üçün vurnuxardılar. Amma Peyğəmbər (s) bir kənarda dayanıb, Fatimənin nə vaxt ona baxacağını ədəblə gözləyirdi. Fatimə vəfat edəndə Peyğəmbər (s) onun qəbri üstə ağlayaraq buyurdu:
«Bu gün anam vəfat edib. O, öz övladları ac ikən məni doyurmağa çalışırdı, övladları pərişan ikən mənim saçımı, surətimi darayıb qaydaya salardı. O, mənim anam idi». («Tarixe Yəqubi» 1-ci cild).
Peyğəmbər (s) bütün qayğılara əməli ilə cavab verərdi. O, Fatimənin övladı əli ibni əbu Talibin himayəsini öhdəsinə almışdı. Əli (ə) Peyğəmbər (s) Əbu Talib və Fatimənin ağuşunda böyüdüyü kimi, Peyğəmbərin (s) yanında tərbiyə almışdı.
HəZRəTİN (S) PORTRETİ
Həzrətin (s) inkişafı və tərbiyəsi aram-aram formalaşırdı. Onun cismi və ruhi keyfiyyətləri elə əvvəlcədən hamının diqqətini cəlb edirdi. Onun xasiyyətinə valeh olanlar bədən gözəlliyinə də heyran qalmışdılar. Bəzi xüsusiyyətləri burada xatırlayırıq.
Həzrətin sifəti və bədəni bütün cəhətlərdən gözəl yaradılmışdı. İnsan üçün gözəllik olan bütün əlamətlər ona əta olunmuşdur. O, xasiyyətcə hamıdan gözəl olduğu kimi görkəmcə də hamıdan gözəl idi. Özü belə dua edirdi: «Pərvərdigara bədənimizi gözəl yaratdığın kimi, əxlaqımızı da gözəl qərar ver». Həzrətin (s) boyu ucalığa meyilli orta idi. Nə gödək idi, nə də çox uca. Nisbətən iri qafalı başı, enli yanaqları vardı, çənəsinin altı azca dartılmışdı.
Geniş gözəl alınlı, bitişik və nazik qaşlı, iri və tam qara gözlü, gözünün ağı qırmızıya meyilli və gözü uzun kiprikli, burnun mütənasib və nazik deşikli, mütənasib ağ dişli kiçik ağızlı, rəngi ağa çalan buğdayı, sinəsinə düşən qıvrım və lətif saqqallı, qulaqlarını örtəcək qədər qıvrım və baş həddini ötməyən saqqalı, dartılmış gümüş boyunlu, geniş sinəli, siənsi ilə arba geri çəkilmiş qarınlı bir insan idi.
Ayaqları və əlləri doluluğa mail və kiçik, ayağının altı dərin, üzü qövsvari (fizioloji cəhətdən sürətli yeriş və qaçış üçün ən münasib forma), qədəmləri bərabər, pəncələri az ətli idi. («Bəhar» 16-ci cild).
Peyğəmbərin (s) bədəni bütün cəhətlərdən gözəl idi. Əgər Yusif ən gözəl insan olduğu üçün gözəllərə Yusifcamal deyiblərsə, Peyğəmbər (s) ondan da şirin olmşudur. Bu fikir rəvayətdə də təsdiq olunur: «əgər Yusif gözəl və ya ən gözəl olmuşsa, mən ondan şirinəm». Onun haqqında belə demək olar ki, yaxşılarda cəm halda yaxşı nə varsa, tək səndə var. Xasiyyət və görkəmi çox gözəl olduğundan hamını valeh etmişdi.
Həzrətin yeniyetməlik və gənclik dövründə böyük hadisələr baş verirdi və onun çoxlu fəzilətləri aşkar oldu. onlardan bəzilərini xatırlayırıq.
RAHİB BÜHEYRA
Qüreyş və Hicaz camaatı ticarət üçün Şama çox gedib-gələrdilər. Peyğəmbər (s) əbu Talibin himayəsində olanda Əbu Talib Şama getməli oldu. Əbu Talib Peyğəmbəri çox sevdiyi üçün onu da özü ilə apardı. Qüreyşin karvanı Bəsri adlanan məntəqədən keçirdi. Yaxınlıqda məsihi bir rahibin sovmiyəsi (koması) vardı. Həmişə ibadətə məşğul olub, yoldan keçənlərə diqqət etməyən rahib bu dəfə Qüreyşi süfrəyə dəvət edir. Onun bu hərəkəti təəccübə səbəb olsa da, təklif qəbul olunur və hamı süfrə kənarına əyləşir. Rahib soruşur ki, sizin adamların hamısı buradadır? Cavab verirlər ki, bir cavandan başqa hamı. Rahib o cavanın da gətirilməsini israr edir. Peyğəmbər (s) gələndə rahib gözünü ona dikib, diqqətlə baxır. Öz səmavi kitabı İncildə son peyğəmbər haqqında deyilən əlamətləri xatırlayır və bu cavanda görür. Onunla söhbətə girişib, həyatı və yuxuları barədə soruşur. Onu Qüreyş içində hörmətli bütlərə and verir ki, həqiqəti söyləsin. Həzrət (s) onun bu andından sıxılır. Büheyrə ona daha artıq diqqət yetirir və çiynində peyğəmbərlik əlamətini görür. Sonra əbu Talibə tapşırır ki, Peyğəmbəri yəhudilərdən qorusun!
MəZLUMLARIN MÜDAFİəSİ
Cəmiyyətin zəif insanlarını hüququ daim zorular tərəfindən tapdalanır. Məzlumların hüquqlarının müdafiəsi insanların öhdəsinə düşən insani bir fəzilət, ilahi bir dəyərdir. Peyğəmbər (s) hələ öz risalətindən əvvəl haqqı müdafiə edər, fəzilət haqqında söhbətlərdə olardı. Bəni-əsəd qəbiləsindən bir şəxs ticarət üçün Məkkəyə gəlir. Onun malını Bəni-səhm qəbiləsindən bir şəxs alır, amma pulunu ödəmir. Bu adam nə qədər çalışırsa, öz haqqını ala bilmir. Əbu Qubeys dağının zirvəsinə çıxıb, yardım isətyir. Onun hərəkəti camaata çox təsir edir. Qüreyş böyükləri Əbdüllahın evinə toplanır. Məclisi həzrət Peyğəmbər (s) nizamlayır. Bu yığıncaqda onlar əhd edirlər ki, məzlumların haqqını qoruyacaqlar. Bu müqavilə (ərəbi) adı ilə tanınır. Zahirən bu əvvəlki müqavilələrə yeni bəndlərin əlavə edilməsi ilə bağlıdır. Peyğəmbərin (s) bu ləyaqətli işi tarixdə məhşurdur. Həzrət (s) özü də bu müqavilə ilə fəxr etmiş və buyurmuşdur: «İndi də məni belə bir müqaviləni imzalamağa çağırsalar qəbul edərəm». («Tarixe Yəqubi» 1-ci cild).
Dostları ilə paylaş: |