ZÖHDÜN TəSİRİ
Zöhd və dünyaya etinasızlıq insani fəzilətlərin mənşəidir. Zahid insan zülm və təcavüzdən, Allah qarşısında üsyan etməkdən uzaqdır. Zöhd və dünyaya etinasızlıq insanı müxtəlif bəlalardan, təkəbbürdən, məqamətpərəstlikdən və digər pis sifətlərdən paklayır. Peyğəmbər müsəlmanların bütün işlərinə rəhbər olduğu zaman ən zahid bir insandır. Bütün şiələr onun əlindədir və istədiyi şəkildə istifadə edə bilər. Onun zöhdü hamı üçün, xüsusi ilə müsəlman rəhbərlər üçün bir örnəkdir. Peyğəmbərlərin zahidanə həyatı bəşəriyyət üçün nümunəvi ölçülərdir. Bu ölçü peyğəmbərdə elə bir şəraitdə zühur edir ki, bütün imkanlar onun ixtiyarındadır. Belə bir anda buyurur: «Mən öz risalətim müqavilində heç nə istəmirəm» («Şura» 23). Rəhbərlik şəraitində öz zahidanə həyatı ilə zəif insanlar arasında yaşayır. Bu onun xalq arasında sevilməsinin rəmzidir. Bu xüsusiyyət müvəffəqiyyət rəmzi olub, başqalarına təsir edir. Peyğəmbərlərin bu sayaq həyatı xalqın dilində gəzir. Bu işdə xalq özü hakimdir. Çünki bu zahidliyə özləri şahiddirlər və peyğəmbərlərdən din, həyat dərsi alırlar.
RUHANİLəR PEYĞəMBəR (S) VARİSİDİRLəR
Yuxarıda deyilənlər peyğəmbərlər və onların varislərinə aiddir. Ruhanilər isə peyğəmbər və varislərin canişinidirlər. «Din alimləri peyğəmbər canişinidirlər». («Üsule-kafi» 1-ci cild). Ruhaniyyət daim ümumi imkanlara malik olmuşlar. Bütün dövrlərdən bu imkan olsa da ondan düzgün istifadə edilməmişdir. Ruhaniyyət özü də kiçik faydalarla kifayətlənmişdir. Amma onlar layiqli peyğəmbər varisləri kimi xalqı cəzb etmiş, xalq da onları sevmişdir. Xalq onların dindarlığından ilaham almış, onların düzlüyünə inanmış, onların sadə həyat tərzinə şahid olmuşlar. Lakin bir dəstə qərbpərəst bu zahidanə həyatı onlara çox görmüşlər və öz zəhərli dişlərini onların sadə süfrəsinə sancmışlar. Onların haqqında böhtanlar demiş, onları din, düzlük alverində təqsirləndirmişlər.
Bu sözlər təzə söz deyil. Keçmişlərdə nəfs və ya avamlıq üzündən ruhanilər qınanmışlar. Ziyalılıqdan danışmış, özlərini mədəniyyət və siyasət yaradıcısı bilmişlər. Hansı ki, bu insanlar öz gözəl və iti qələmləri ilə əslində ilahi nemətlərə naşükürlük edirdilər. Axı ruhanilər Allahın əmanətini qorumuşlar. Onların arasında nöqsanlar olsa da bu nöqsanları dostcasına tənqid edib aradan qaldırmaq lazımdır. Acı söz və dildən isə heç bir nəticə gözləmək olmaz.
RəSULULLAH Və SADəLİK
İnsanda təbii cəhətdən kamillikləri özünə aid etmək istəyir var. Çox vaxt isə insan tamam puç şeyləri kamillik kimi başa düşür. Özündə bir kamal görəndə heyvani təkəbbür meydan sulayır: Mənim malım, mənim vəzifəm, mənim evim, mənim maşınım, mənim elmim, mənim telefonum, mənim.....Çünki bu insan özünü bütün işlərin başında görür. Bu sayaq mənəm-mənəmlik ruhiyyəsi bütün insanların daxilində gizli şəkildə var.
Quran bu ruhiyyəni təhlil edir: Musa (ə)-ın dövründə öz böyük var-dövlətindən sevinən tanınmış varlı Qarun deyirdi ki, mən bu var-dövləti öz elmimlə qazanmışam. («Qəsəs» 78). Bel bir ruhiyyə Allaha iman gətirməmiş insanlara aiddir. Onlar Allahı kamilliklərin mənşəsi bilmirlər. Danışarkən daim «mən» və «biz» deyirlər. Allahı bütün nemətlərin sahibi bilən insan başqalarının yanında özünü sadə və təvazökar aparır. «Mən» sözünü dilinə gətirmir, öz üstünlüklərini gözə çəkmir, özünü başqalarından üstün tutmur.
Peyğəmbər (s) təvazö və sadəlik nümunəsidir. Çünki o ilahi kamilliklərin ifadəsidir və bütün insani dəfərlər onun şəxsiyyətində təcəssüm olunmuşdur. «Öz təvazö qanadını daim yaxınlarının ayağı altına at» («Şüəra» 215). O, özünü başqalarından yuxarı bilmirdi, hansı ki, ən üstün insan idi. Bütün təbəqədən olan Allah bəndələri ilə təvazö ilə keçinərdi. Allah qarşısında da sadəliyi Allahın razılığı üçün idi. «Allahın razılığı üçün qullar kimi təmtəraqsız oturar və yemək yeyərdi». «Alçaqda əyləşər və oradada yatardı» («Bəhar» 16-cı cild). «Onun üçün hazırlaşmış oturacaq və yatağa eyb tutmazdı. Nə döşəsəydilər, onun üzərində yatardı. Əgər bir şey döşənməsəydi də torpaq üstünda yatardı» («Bəhar» 16-cı cild). «Təkyələnmiş halda yemək yeməzdi». «Libasını və ayaqqabısını özü təmir edər, ev işlərinə köməklik göstərərdi». «Yəhərsiz ulağa minər, tərkinə də adam mindirərdi» («Bəhar» 16-cı cild). Yoldan keçənlərə, hətta uşaqlara salam vermək adəti idi. Salam verməkdə kimsə onu qabaqlaya bilməzdi. «Quru yerdə qullarla yemək yemək, əli ilə qoyun sağmaq, bərk pambıq parçadan libas geymək, uşaqlara salam vermək onun qaydası idi». («Bəhar» 16-cı cild).
Bu nümunəvi xarakter fərdi və ictimai bəlaların əlacıdır. Məgər bizim əksərimizdə belə eyblər yoxdurmu?! Müəyyən ictimai mövqeyə malik olan bir çoxları uyğun işləri özləri üçün eyb bilmirmi?! Çoxumuz özümüzdən maddi baxımdan aşağıda dayananlarla ünsiyyətdən sıxılmırmı?! Bütün bunlar heyvani hisslərə əyilmək deyilmi?! Peyğəmbər (s) kimi yer üzünün kamil bir insanı müxtəlif səviyyəli insanlarla sadədir. Zahirdən xoş təsir bağışlamayan bu ünsiyyətlər səbəbindən xalq kütlələri onun ətrafına yığışır. Bu hər zaman, hamıya nümunə olası səciyyələrdir və hamını da özünə cəlb edir.
Dostları ilə paylaş: |