Аллаһын елчиси


RəSULULLAH (S) Və əDəBLəR əDəBİN MəNASI



Yüklə 1,48 Mb.
səhifə39/40
tarix24.05.2018
ölçüsü1,48 Mb.
#51258
1   ...   32   33   34   35   36   37   38   39   40

RəSULULLAH (S) Və əDəBLəR

əDəBİN MəNASI


ədəb ağıl və şəriət nəzərincə əməl edilməsi gözəl rəftarlardan biridir. Ədəb üstünlükləri olan rəftarda gerçəkləşir. Məsələn, oturmağın müxtəlif formaları vardır. İnsan iki dizi üstə və ya ayaqlarını uzatmış halda otura bilər. Bəzi oturuşlar ədəbə uyğundursa, bir qism oturuşlar ədəbsizlikdir. Aydın olur ki, ədəbli rəftarın iki xüsusiyyəti vardır. Əvvəla, ədəb insan rəftarının sifətidir. İkincisi, ədəb saleh və mübah (icazə verilmiş) rəftarın sifətidir. Əvvəlki xüsusiyyətə görə ədəb əxlaqdan ayrılır. Çünki əxlaq ruhun sifətidir və insanın möhkəm ruhiyyəsi əxlaq adlanır. İkinci xüsusiyyətə görə ədəb caziz işlərə aiddir. Hara işi ədəblə yerinə yetirmək olmaz. Ədəb bəyənilmiş rəftara xasdır. Əgər rəftarın əsası bəyənilməzdirsə, o, ədəbli surət ola bilməz.

Bundan əlavə, əgər əxlaq sabit iş olsaydı, bütün cəmiyyətlərdə onun ölçüsü eyni olmalı idi. Lakin ədəb ictimai işlərdə nisbi, mühitin ənənələrinə tabe ola bilər. Eyni bir rəftar sabit meyarlardan bəhrələnsə də bir mühitdə ədəbli, digərində ədəbsiz sayıla bilər. Bütün hallarda ədəbin əsası əqidə və insan əxlaqıdır. Bir cəmiyyətin adət ənənələri onun etiqadını əks etdirir. Ədəb və əxlaq arasında mövcud fərqləri nəzərə alaraq ədəbi ayrıca nəzərdə keçirməli olur.


PEYĞəMBəRİN əDəBİ


Hər bir insanın ədəbi onun tərbiyəçisindən asılıdır. Hər bir şəxs öz ədəbini ictimai ünsiyyətlərdə göstərir. Tərbiyyəçi nə qədər üstün olarsa, başqalarına da yaxşı ədəb öyrədər.

Peyğəmbərlərin (s) tərbiyəçisi Allah-taala olduğundan onların ədəbi ən üstün ədəbdir. «Allah-taala öz peyğəmbərini üstün ədəbli etmişdir» («Kafi» 3-ci cild). Allah öz peyğəmbərlərini, xüsusilə də Rəsulullahı (s) ən əqidəli, ən əxlaqlı, ən ədəbli qərar vermişdir. Həzrət bütün sahələrdə başqaları üçün nümunədir. Bu hissədə uyğun məsələyə toxunuruq.


İCTİMAİ əLAQəLəR


İlahi dinlər insanı ictimai rabitələrə rəğbətləndirir. Bu xüsusiyyət islamda daha qabarıq nəzərə gəlir. İslam insanlara tərkidünyalığı, cəmiyyətdən kənara çəkilməyi qadağan edir. Dini və qeyri-dini olmaqla cəmiyyt iki hissəyə ayrılır. Qeyri-dini mühitdə əlaqə, ünsiyyət yaradılması rədd olunub. İnsanı üsullar əsasında rabitə yaratmaq bəyənilir. Küfr, nifaq dəstəsi ilə rabitələr dini baxımdan rədd edilmişdir. Fitnəkarlarla ünsiyyət saxlamaq olmaz.

Dində ünsiyyət, rabitə, səmimiyyət göstərişi verilir ki, dini cəmiyyət bir ailənin üzvləri kimi olsunlar. «Ey iman gətirənlər, səbr edin, dözün, hazır olun» («Ali-imran» 200). Din cəmiyyətə qardaşlıq göstərişi verir. İslam dini bir yığını bir-birinə bağlı ailə adlandırır. «Möminlər bir-birləri ilə qardaşdırlar» («Hücürat» 10).


RABİTəLəR Və MEYARLAR


Din ünsiyyətlərin yaranmasında öz tövsiyələrini verir. Qeyri-dini qurumda rabitələrin meyarı cəmiyyətdə möhtərəm sayılan insan hüquqlarıdır. Məsələn, müqavilələrə hörmət, əmanətçilik, doğru danışıq, eləcə də xəyanət və zülmdən çəkinmək. Din bu barədə buyurur: «Xalqla insani meyarlar əsasında rəftar etistər müsəlman olsun, istərsə dinsiz «Bəqərə» surəsində buyurulur: «Xalqla yaxşı rəftar et». «Nəhcül-bəlağədən» oxuyuruq: «Xalqla mehribanlıqla dolu qəlblə rəftar et. Çünki xalq iki dəstədirya sənin din qardaşındır, ya da yaranış yoldaşın». Əgər din qardaşın olmasa da, sənin kimi bir insandır. Onların insani hüquqları möhtərmdir.

Din bütün cəmiyyətlərdə hamıya aid olan möhkəm meyarlar müəyyən edir. Başqaları üçün pislik arzulama, özün üçün arzuladığını başqaları üçün də arzula! («Üsule-kafi» 2-ci cild).


XOŞ ÜZLÜLÜK


Bu meyarların çiçəklənməsində Rəsulullahın (s) üsulu hamı üçün nümunədir. O, ictimai münasibətlərdə insani və ilahi hüquqlara həyat verdi. O, xalqla xoş üzlə, şirin rəftar edir, kin və acılıqdan çəkinirdi. («Bəhar» 16-cı cild).

O, başqaları ilə qarşılaşanda birinci salam verərdi. Salam vermək öz münasibətini bildirməkdir.


EYNİ RəFTAR


O, insanlara öz rəftarında fərq qoymaz, eyni cür yanaşardı. Varlıya, kasıba fərq qoymazdı. («Bəhar» 7-ci cild). «Hücürat» surəsində buyurulur: «Ey iman gətirənlər, sizi bir kişi bir qadından yaratdıq. Sonra bir-birinizi tanımanız üçün sizi xalqlara qəbilələrə ayırdıq. Allah yanında ən hörmətli olanınız pis əməllərdən daha çox çəkinənənlərinizdir». Fərq hansı tayfadan olmaqda yox, hansı fəzilətə malik olmaqdır.

Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin