Аллаһын елчиси



Yüklə 1,08 Mb.
səhifə102/130
tarix11.01.2022
ölçüsü1,08 Mb.
#110706
1   ...   98   99   100   101   102   103   104   105   ...   130

2-əQİDə AZADLIĞI


Bu sözün digər bir mənası əqidə azadlığıdır. Bu nə deməkdir? Dini baxımdan insan əqidəcə azad ola bilərmi? İnsan öz istəyinə uyğun, təkallahçı, büdpərəst, müşrik və ya kafir ola bilərmi? əqidəyə münasibətdə din hər əqidəni haqq saymır. Tövhiddən başqa bütün əqidələr yanlışdır. «Haqdan sonra yalnız azmaq gəlir» («Yunus» 32). Ola bilərmi ki, insan azad olduğu üçün istədiyi əqidəni seçsin? Bu qəbul olunası söz deyil. Çünki ilahi vəhylər və Quran başdan-başa tövhidə çağırışlar və batil əqidələrdən çəkindirmələrdən ibarətdir. Şəri cəhətdən hamı yekdildir və vəd olunmuşdur ki, fitri əqidə olan tövhid çiçəkləndirilsin. Ona görə də əqidə sahəsində seçim azadlığı yoxdur.

Belə demək olar ki, əqidə sahəsində azadlığın məfhumu bir yaranmış əmridir. Yəni əqidə zorla yaranmır. Onun başqa səbəbləri vardır. Kimsədə zorla inam yaratmaq olmaz. Xalqı təkallahçı etmək üçün heç bir peyğəmbər əlinə qılınc götürməmişdir. Çünki tövhid inamı qılıncla hasil olmaz. Qılınc maneəni götürmək üçündür. Tövhid inamı dəlil, tanıma yəni ağılın qəbulu ilə yaranır. İnam cəhaləti susduran, haqqı aşkarlayan təfəkkür və danışıqla əldə edilir. Bu azadlığın ziddi ikrah, zordur.

Din tövhidə dəvətdə hər iki cəhəti xatırladır. Buyurur: «Dində zor yoxdur» («Bəqərə» 256). Eləcə də buyurulur ki, Peyğəmbər xalqı yalnız Allaha tərəf çağırır. Əqidəni icad etməyin doğru yolu ağılabatan dəlillər, qəlbəyatan moizələrdir ki, demək və eşitməklə hasil olur. «İnsanların hikmət gözəl öyüd-nəsihətlə Rəbbinin yoluna dəvət et, onlarla ən gözəl surətdə mübahisə et» («Nəhl» 125). İlahi peyğəmbərlər xüsusilə də Rəsulullah (s) bu göstərişlərdən faydalanaraq, tövhidi ürəklərdə cücərtmişlər.

Ona görə də peyğəmbərlər dəlil, hikmət, moizə, rəhmət gətiricisidir, qılınc gətiricisi yox! Rəsulullah (s) bu işdə o qədər səy göstərdi ki, ona buyuruldu: «İman gətirməyəcəklər deyə, özünü həlk edəsən?!» («Şüəra» 3). Bu yolun sonunda üz tutulan adam gününün bütün nurunu keçirəndən sonra deyilir: «Sizin öz dininiz var, mənim öz dinim («Kafirun» 6). Çünki başqa bir yol qalmır.



Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin