Аллаһын елчиси



Yüklə 1,08 Mb.
səhifə103/130
tarix11.01.2022
ölçüsü1,08 Mb.
#110706
1   ...   99   100   101   102   103   104   105   106   ...   130

3-RəFTAR AZADLIĞI


Azadlıq sözünün bir işləmi də rəftara aiddir. Yəni insan öz rəftarında azaddır, yoxsa yox?! Bunun qarşılıqlı tərəfi insanın öz rəftarında məcbur olmasıdır. Bu da etiqadi bir məsələdir. Bu məsələ müsəlmanlar, digər dinlərdən olanlar arasında məlumdur və bir çox parçalanmaların əsas səbəbidir. Bəzilərinin fikrincə insan öz rəftarında məcburdur və onun rəftarı Allahın əlindədir. Əgər Allah istəməsə, insan heç cürə rəftar edə bilməz. İnsan bir iş görmək istəsə də əli çatmaz. Çünki onun ixtiyarı yoxdur. Müsəlmanların bir firqəsi bu sayaq fikirlərinə görə «cəbri» adlandırılmışdır.

Başqa bir dəstənin fikrinə görə insan müstəqildir və öz rəftarını öz iradəsi ilə yerinə yetirir. Bu dəstə «mötəzilə» adlanır. Onların məramı «təfviz» kimi yad edilir.

Lakin şiə məzhəbi imamların (ə) göstərişləri əsasında hər iki baxışı rədd edir və belə hesab edir ki, insan öz rəftarında, işində nə məcburdur, nə də müstəqildir. İnsanın rəftarı Allahın izni ilə insanın öz ixtiyarındadır. Yəni Allah belə müəyyən edib ki, insanın işləri Allahın izni və insanın iradəsi ilə yerinə yetməlidir. Çünki insan istəmədən heç bir iş ola bilməz və eyni zaman o müstəqil də deyil. Filosofların gözəl söylədikləri kimi, insan öz rəftarında azad olmağa məcburdur.

Bu həqiqi inam imamların göstərişlərinə əsaslanır və doğru yolu işıqlandırır.



Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin