Аллаһын елчиси



Yüklə 1,08 Mb.
səhifə106/130
tarix11.01.2022
ölçüsü1,08 Mb.
#110706
1   ...   102   103   104   105   106   107   108   109   ...   130

RəSULULLAH (S) Və AİLə


Ailə cəmiyyətin əsasıdır. İctimai qurum ailə üzərində təşkil olur. Bu əsas nə qədər möhkəm olarsa, üzərindəki qurum da bir o qədər davamlı olar. Bünövrə zəif olduqda binanın qısa zamanda dağılması da labüd bir nəticədir. Cəmiyyətdə həyatın dirçəlməsində başlıca rol ailənin üzərinə düşür. Çünki ailə tərbiyə ocağıdır. Düzgün tərbiyə ilə cəmiyyəti diriltmək, ucaltmaq olar. Əgər ailə düzgün rol oynaya bilməsə, tənəzzül, sıxıntı, cəhalət və kasıblıq cəmiyyəti bürüyəcək.

Cəmiyyət üçün həyat və ümid olan din təravətli və çalışqan bir cəmiyyət qurur. Bu cəmiyyətin əsası kimi ailə göstərilir. Din, xüsusilə də islam ailə ocağının təşkilini tövsiyə edir və tənhalıqdan çəkindirir. Ailə qurmaq sakitlik, paklıq kimi tanıtdırılır. Ailə qurmaqdan imtina insanın səadəti üçün təhlükəli sayılır. «Oda giriftar olanların çoxu subaylardır» («Vəsail» 14-ci cild). Dindən ən yaxşı bağlılıq evlənmə, ən pis ayrılıq boşanma hesab olunur. «Allah yanında evlənmədən əziz bir bağlılıq yoxdur» («Vəsail» 14-ci cild). «ən mənfur ayrılıq ailə əsasının dağılmasıdır» («Vəsail» 15-ci cild). Din ailə bünövrəsinin möhkəmliyini düşünür və bu bünövrəni möhkəmləndirir ki, hadisələr selinə davam gətirsin.



Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin