Rəsulullah (s) malik olduğu şəxsiyyət və kəramətə baxmayaraq, uşaqlarla olanda özünü onlarla eyni tutardı. Onlarla oynayar, yaxınlıq edərdi. Tövsiyə edərdi ki, uşaqla bir yerdə olan şəxs özünü onunla eyni tutmalıdır. «Yanındauşaqolanadamonunlauşaqkimidavranmalıdır»(«Vəsail» 5-ci cild). Həzrət (s) nəvələri Həsən və Hüseyni çiyninə mindirər, «nəyaxşıatınızvar» deyərdi. («Bəhar» 43-cü cild). Həzrət (s) adam içində də uşaqlarla yaşıd kimi rəftar edərdi. Əshaba buyurardı ki, uşaqlarla yaxın olun və onları qucağınıza götürün. Həzrətin (s) çiyninə mindirdiyi uşaqlar bu işlə fəxr edərdilər. Həzrət (s) Hüseyni küçədə uşaqlarla oynadığı zaman qucağına çağıranda Hüseyn zarafatla qaçar və həzrət (s) onu tutanadək təqib edərdi. Həzrət (s) təkid edərdi ki, tərbiyəçi özünü uşaqdan üstün tutmamalıdır. Uşaqla eyni uşaq kimi yaxınlıq edib, mehribanlıq göstərməlidir.