Həzrət (s) çalışardı ki, birlikdə oynamaq və hədiyyə verməklə uşaqları sevindirsin. Bu barədə belə göstəriş verir: «Özqızövladınısevindirənadamİsmailövladlarındanbirqulazadetmişkimidir. ÖzoğlanuşağınısevindirənadamAllahqorxusundangözyaşıaxıtmışkimidir» («Bəhar» 101-ci cild). Uşağın arzu və ehtiyacını yerinə yetirmək onun tərbiyəyə yatımlılığında mühüm rol oynayır.
UŞAĞIN İSTəKLəRİ
Uşaq öz aclığını, susuzluğunu, sevinc və kədərini öz hərəkətləri, ağlaması və ya gülməsi ilə bildirir. Həzrət (s) mehriban olduğu üçün həssas idi və uşaqların istəklərinə diqqət göstərirdi. Oynadığı uşağın ürəyincə hərəkət etməyə çalışırdı. Hətta səcdə halında çiyninə uşaq çıxanda səcdəni uzadardı. Namaz zamanı uşaq fəryad çəksəydi, namazı qısa qılardı. Bunun səbəbi soruşulanda buyurardı: «Uşağınfəryadınıeşitmirsinizmi?!» («Fürue-kafi» 6-cı cild).