Uşağın ruhunun zərifliyinə görə həzrət heç bir uşağın könlünü qırmazdı. Daim bu məsələyə ciddi yanaşardı. Çünki uşağın qəlbinə dəymək onun vücudunda, bəlkə də, qarşısı alınmaz izlər buraxır. Təkid edərdi ki, uşaqlarla yaxın olun. Hətta qucağındakı uşaq onun üstünü murdarlayanda uşağı özündən uzaqlaşdırmazdı. Buyururdu ki, uşağın sidiyindən acıqlı halda qorunmayın. «Uşaq sidiyini qurutmayınca ona mane olmayın» («Bəhar» 16-cı cild). Uşağın incidilməməsi onun dərrakəsini artırır. Uşağın istəyini yerinə yetirəndə o, deyilənləri daha asanlıqla qəbul edir. Sərt rəftar isə uşağın istedadını söndürür.