Аллаһын елчиси


RəSULULLAH (S) Və QADINLAR



Yüklə 1,08 Mb.
səhifə118/130
tarix11.01.2022
ölçüsü1,08 Mb.
#110706
1   ...   114   115   116   117   118   119   120   121   ...   130

RəSULULLAH (S) Və QADINLAR


Qadınlar haqqında görüşlər və onların müxtəlif sahələrdə iştirakı daim fərqli olmuşdur. Bu fərqlər qadınlar haqqında inam və mədəniyyətlərin fərqindən doğmuşdur. Cəmiyyətin ikidə birini təşkil edən qadınlar haqqında düzgün proqram hazırlamaq heç bir bəşər nəzəriyyəsinə nəsib olmamışdır. Çünki düzgün bir proqramın hazırlanması üçün qadınların ruhiyyələri, meylləri və qüvvələri bilinməlidir. Yalnız ilahi vəhydən doğan peyğəmbər proqramlarında deyilən şərtlər ödənir.

MəDəNİYYəTLəRİN NəTİCəSİ


Mədəniyyətlər fərqli olduğu üçün onların nəticələri də fərqlidir. Qadın şəxsiyyətinin qorunması, onun azadlığı haqqında müxtəlif nöqsanlı düşüncələr səbəbindən nəticələr ya ifrata varır, ya da üzdən keçir. Uyğunsuzluqların çoxu oxuculara aydındır.

AZADLIQ Və QADINLARIN İŞTİRAKI


ən əhəmiyyətlisi budur ki, dini mədəniyyət, xüsusilə də islam mədəniyyəti qadın şəxsiyyətini tam düzgün tanıdığı üçün onun proqramları da həqiqidir. Bu proqram nöqsansız şəkildə onların fərdi və ictimai mövqelərini müəyyənləşdirmək gücünə malikdir. Din qadın şəxsiyyətini düzgün tanımaqla onun üçün proqramlar hazırlayır. Bu proqramlarda qadının həm şəxsiyyəti, həm də dini və ictimai azadlıqları əks olunur. Rəsulullah (s) ilahi vəhydən ilhamlanaraq onların inkişafı üçün meydan açır və onları zillətdən, təhqirlərdən, nökərçilikdən xilas edir. Belə ki, qadınlar kişilərlə çiyin-çiyinə öz hörmətlərini qorumaqla azad şəkildə cəmiyyətdə iştirak edirlər. Elm və biliklərə yiyələnməkdə qadının kişi ilə bərabər olması, müxtəlif sahələrdəki müvəffəqiyyətlər qadın cəmiyyətinin imkanlarını aşkarladı. Rəsulullahın (s) ictimai-siyasi hökumətində vəhyin çiçəklənməsi dövründə qadınlar kişilərlə yanaşı fəzilət müsabiqəsinə çıxdılar. Hətta bəzi sahələrdə qadınlar irəli çıxdılar və insani, məntiqi hüquqlarını geri qaytardılar.

Həzrətin müasiri olan qadınlar ictimai-siyasi, hətta hərbi sahələrdə iştirak üçün fürsət tapdılar. Müharibələrdə islam qoşununda qadınlar yardımda, hətta döyüşlərdə iştirak edirdilər. Elm və mədəniyyətcə o qədər yüksəlmişdilər ki, rəhbərin hüzuruna gedib, müxtəlif məsələlər barədə söhbətlər aparırdılar. Hətta sualların çoxu azadlıq, məhdudiyyətlər, müxtəlif sahələrdə iştirak etmə kimi əsas məsələlərə aid olunurdu. Yezid qızı əsmanın peyğəmbərlə söhbəti buna bariz nümunədir. Əsma bir dəstə qadının nümayəndəsi kimi həzrətin (s) hüzuruna gedib, qadın azadlığı, kişilərlə olan fərqlər barədə o qədər gözəl sual verdi ki, həm peyğəmbəri, həm də onun yaxınlarını əhsən deməyə vadar etdi.

Rəsulullah (s) cəmiyyəti qadınların istedadının, mədədniyyətinin, sənətinin inkişaf ocağı idi. Bu risalət kişilərlə yanaşı qadınlar üçün kəramət, şərafət, azadlığı hədiyyə gətirdi. Bu cəmiyyət quru, yersiz məhdudiyyətlər qoymadı. Qoyulmuş məhdudiyyətlər qadınların və cəmiyyətin iffətinin hifzi üçün idi. Kəramət qorunduğu üçün istedadlar çiçəklənirdi. Qadının cəmiyyətə çıxmasının çətinlikləri vardır. Müasir dünya qadınların cəmiyyətdə iştirakı ilə deyilənlərə şahid olmuşdur. Rəsulullah (s) qadınlara azadlığı kəramətlə bir yerdə vermişdir. Onların ictimai-siyasi həyatda iştirakı öz hüquqlarını qorumaq məqsədi daşıyır. İslami azadlıq bu günkü azadlıqla eyniləşdirilə bilməz. Bu günkü dünya azalıq və qadın hüquqları adı altında heyvani bir azadlıq təqdim edir. Qadının kəraməti müxtəlif yollarla ayaq altında tapdalanır. Bu günkü azadlıq öz iqtisadi təbliğatında qadın iffətini alçaldaraq ondan vasitə kimi istifadə edilir. Bu azadlıq deyil. Bu yataq otağını küçəyə çıxarmaq, insani həyatı boğmaqdır! İffət və kəraməti ərsəyə çıxarmaq ilahi dəyərdir və Rəsullah (s) bu azadlıqla fəxr edir.


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin