Аллаһын елчиси



Yüklə 1,08 Mb.
səhifə125/130
tarix11.01.2022
ölçüsü1,08 Mb.
#110706
1   ...   122   123   124   125   126   127   128   129   130

DANIŞIQDA əDəB


Danışıq insanlar arasında ən asan və ən ümumi rabitə vasitəsidir. İki insanın ilk görüşündə bu böyük ilahi nemətdən istifadə etməklə məqsədlər aydınlaşır. Danışıtın iki gözəlliyi vardır: Biri söhbətin mənası, digəri zahiri gözəlliyidir. Bir insanın danışığı mənalıdırsa, bu gözəlliyin biridir. Məna ilə yanaşı zahiri gözəllik də olarsa, hər iki gözəllik əldə edilər. Allah buyuruğu olan Quran tam halda hər iki gözəlliyə malikdir. «Zumər» surəsində buyurulur: «Sübhan Allah ən gözəl sözləri nazil etdi. Quran bir kitabdır ki, onun ayələri bir-birinə oxşar, bir-birinə nəzarət edəndir». Quran özü gözəl olduğu üçün başqalarına da gözəl danışmaq göstərişi verir. «Xalqla gözəl danışın» («Bəqərə» 83). «Mənim bəndələrimə de ki, daim ən gözəl söz danışsınlar. Şeytan onları pis danışğa vadar edir ki, düşmənliyə səbəb olsun» («İsra» 53). Quran heç bir halda çirkin sözlərə icazə vermir. Hətta dinsizlərə də pis söz deməyə yol verilmir. «Allahdan qeyrisinə tapınanlarla pis danışmayın, çünki onlar da nadanlıq üzündən Allahla pis danışırlar» («ənam» 108).

Rəsulullah (s) bu ədəbin təcəllisinin kamil nümunəsidir. Onun danışığı dərin, mənalı, gözəl, biçimli, yerində və təsirli idi. onun danışığında artıq-əksik olmazdı. («Bəhar» 16-cı cild). Artıq kəlmədən çəkinərdi. Danışıq qaydalarına tam riayət edərdi. Hətta söhbəti özü kəsməzdi ki, qarşı tərəf özü kəssin. Qarşı tərəf söhbətini kəsənədək həzrət davam edərdi. O, biçimli və aram danışardı. Danışığı səlis və doğru idi.

Danışarkən qarşı tərəfdən səviyyəsini nəzərə alardı. Danışığı nə qədər dərin, gözəl, həqiqi olsa da, çox şirin idi. zarafat etsə də, zarafatı həqiqət olardı. Çox aydın və cazibəli danışardı.

Onun buyuruqlarından bəzilərinə diqqət edin:




Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin