Аллаһын елчиси



Yüklə 1,08 Mb.
səhifə127/130
tarix11.01.2022
ölçüsü1,08 Mb.
#110706
1   ...   122   123   124   125   126   127   128   129   130

YEMəYİN BəZİ QAYDALARI


Ruhun qidalanması kimi cismin də qidalanması insan üçün bir vəzifədir. Cismin münasib qidalarla və vitaminlərlə təmini bədən enerjisini saxlamaqla yanaşı, onu xarici amillərin təsirinə qarşı müqavimətli edir. Sadə və vitaminli qidalar enerjini və sağlamlığın təmini üçün çox münasibdir. Qidaların azlığı, eləcə də həddindən artıq qidalanma orqanizmə dağıdıcı təsir göstərir. Bu məsələlərin araşdırılması mövzumuzdan kənardır. Sadəcə bunu bilmək lazımdır ki, insanın psixoloji durumu və qidalanma qaydalarına əməl olunması insanın sağlamlığında əhəmiyyətli rol oynayır. Bütün sahələrdə insana yol göstərən din bu sahədə də ona heyvandan fərqli ilahi ədəblər tövsiyə edir. Quran təam barəsində buyurur: «İnsan öz təamına nəzər salmalıdır» («əbəs» 24). Ayə bu mənada ola bilər ki, insan yediyini halal və ya haram olmasına diqqət yetirməlidir. Bu insanın ruhi halı ilə bağlıdır ki, insan yediyinə baxmayanda dad bilmir.

əhli-beyt və pak itrət bu ayənin təfsirində ruhun qidasını da əlavə edirlər. İmam Baqirdən (ə) nəql olunub ki, «elminizin mənbəsi barədə, onun harada qidalanması haqqında düşünün» («Təfsire Safi» 2-ci cild). Əslində bu ruhun qida ilə təmini üçün bir göstərişdir.

Digər diqqət ediləsi məsələ təma yeyərkən bu nemətlərin sahibi olan Allah-taalanın yad edilməsidir. Allahın zikri ruhun ilahiliyi və sakitliyinə səbəb olur. Allahın zikri ilə yeyilən təam daha dadlı olub, bədənə daha yaxşı cəzb olunur və sağlamlığı təmin edir. Rəsulullah (s) yolu istəklərinin təminində insan kimi yaşamaq istəyənlərə göstərişdir. Deyilənlərdən əlavə yemək zamanı diqqət ediləsi bəzi nöqtələr vardır.

Həzrət süfrə kənarında təvazökar bir bəndə kimi oturardı. Bədənin ağırlığını sol omba üstünə salardı. Yeyərkən təkyələnməzdi. («Mustədrak» 16-cı cild). «Allahın adı ilə başlar, iki loxma arasında Allahı zikr edərdi». Deyilənlər insanın diqqətini nemətlərin sahibinə yönəldir. O, heç vaxt çox yeməz, əlini bir təama uzadanda buyurardı: «Allahın adı ilə, Xudaya, bizim üçün mübarək buyur» («Bəhar» 16-cı cild). Heç bir yeməyi pis saymazdı. Meyli olanda yeyər, olmayanda yeməzdi. Həzrət təklikdə yeməyi xoşlamazdı. «Onun üçün ən yaxşı təam cəm halda olan təam idi». Yeməyə hamıdan qabaq başlayar və hamıdan sonra əlini süfrədən çəkərdi. Məqsəd başqalarını tələsdirməmək idi. Süfrədə öz qarşısında olanlardan yeyərdi. Qaynar xörək yeməzdi. Yediyi arpa çörəyi tək sadə təamlar olardı. Heç vaxt buğda çörəyi yeməzdi. Xurma kimi qüvvəli şeylərlə meylli idi. («Bəhar» 16-cı cild).



Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin