Аллаһын елчиси



Yüklə 1,08 Mb.
səhifə15/130
tarix11.01.2022
ölçüsü1,08 Mb.
#110706
1   ...   11   12   13   14   15   16   17   18   ...   130

Əbdül MÜTəLLİB


11-Əbdül Mütəllibin müvəhhid olması haqqında çoxlu şahidlər vardır. Bu şahidlər onun istənilən şirkdən pak olduğunu təsdiqləyir. Onun haqqında daha çox danışılması onun şirkə düşmədə daha çox töhmətləndirilməsi ilə əlaqədardır. Əli (ə) buyurur: «Atam babam Əbdül Mütəllib, Haşim, Əbdül Mənaf heç vaxt bütə sitayiş etməmişlər. Onlar üzü Kəbəyə namaz qılmış, İbrahim dinində olmuşlar». («Bəhar» 15-ci cild). Əbdül Mütəllib ərəbin müvəhhidlərindən sayılır. Bu, İbrahim öz övladları haqqında dualarının qəbul olmasıdır.

12-Peyğəmbər (s) əliyə (ə) buyurur ki, Əbdül Mütəllib «əzlamla» (cahiliyyət dövrünün qumarı) mal bölmür, bütlərə ibadət etmir, bütlərin adına kəsilmiş heyvanların ətindən yemirdi və o, İbrahim dinində idi. («Bəhar» 15-ci cild).

13-Əbdül Mütəllibin axirət inacı barədə deyilir ki, o dedi: «Bu dünyadan sonra yaxşıların mükafatlanıb, pislərin cəzalanacağı bir dünya var».

14-İmam Rzadan (ə) nəql olunub ki, Əbdül Mütəllib Kəbə qapısının halğasından yapışıb, Allahdan dilədi ki, ona on oğul əta etsin.

15-Bu barədə belə nəql olunub ki, o, Allah evinin pərdəsini tutub, Allahı hərəm, rükn, məqama and verdi – bu andlar İbrahim dininə aiddir.


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin