Аллаһын елчиси


Əbdül MÜTəLLİB MÜVəHHİDLİYİN MÜDAFİəSİNDə



Yüklə 1,08 Mb.
səhifə16/130
tarix11.01.2022
ölçüsü1,08 Mb.
#110706
1   ...   12   13   14   15   16   17   18   19   ...   130

Əbdül MÜTəLLİB MÜVəHHİDLİYİN MÜDAFİəSİNDə


16-əbrəhə fil süvari qoşunuyla Kəbəni dağıtmağa üçün Məkkəyə gələndə Əbdül Mütəllib Qüreyş qəbiləsinin başçısı və həcc işlərinə məsul idi. Küfr qoşunu müqavimət göstərən kişiləri öldürməklə, qadın və uşaqları əsir götürməklə hədələyirdi. Bu hədələrdən qorxan əhali Məkkəni boşaldıb, ətraf dağlara çəkildilər. Əbdül Mütəllib bir yandan Kəbənin boşaldığını, digər tərəfdən düşmən qoşununun qüvvəsini görüb, hamı kimi özü barədə düşünmək əvəzinə Kəbədə qalıb, öz ətrafındakıları əbrəhə ilə qarşılaşmağa dəvət etdi. Ona Məkkəni tərk etmək təklif olanda dedi: «Mən Allah evini buraxıb, başqa bir yerə sığınmaqdan xəcalət çəkirəm» («Tarixe Yəqubi» 1-ci cild). «Mən and olsun Allaha ki, ilahi hərəmdən çıxmayacağam». Bu mövqe onun etiqadını, şücaətinin böyüklüyünü göstərir. Həmin həssas anlarda Allah yolunun bu mücahidi Kəbə pərdələrindən yapışıb dua edir: «Ey tənhaların dostu, Səninlə olana heç bir qorxu yoxdur» Əbdül Mütəllib bu sözləri deyərkən öz yaxınları ilə tənha qalmışdı. («Bəhar» 15-ci cild). Əbdül Mütəllibin «Allahla olan kəs üçün heç bir qorxu yoxdur» sözləri onun övliyalığın, yalnız Allaha arxalandığını göstərir. Necə ki, Quran buyurur: «Bilin ki, Allah dostları üçün heç bir qorxu yoxdur onlar qəm-qüssə bilməzlər» («Yunus» 62). Çünki onlar bütün fəzilətlərin mənşəsi olan Allaha bağlıdırlar. «Səni tapan itirib (İmam Hüseynin ərəfə duası). Bu cümlənin ardınca əlavə edir ki, «ev sahibinin evin müdafiəsində üstünlüyü vardır».

Bu o demək deyildir ki, Allah evinin müdafiəsində bizim məsuliyyətimiz yoxdur və bu məsuliyyət ev sahibinə aiddir. Bu söz Bəni-israilindir ki, Musaya deyərdilər: «Sən Rəbbin gedib onlarla vuruşun, biz isə burada oturacağıq» («Maidə» 24). Əslində isə belədir ki, biz var gücümüzlə tövhid mərkəzi, iman simvolu olan Kəbəni müdafiə edəcəyik. Əlbəttə, ev sahibinin yardımı dada çatar. Bu cümlə ilə döyüş meydanında ev sahibindən yardım istəyir. Əbdül Mütəllibin əbrəhə ilə görüşdə dediyi «mən dəvə sahibiyəm, bu evin də sahibi var və onu müdafiə edəcək» sözləri də eyni məqsəd daşıyır. Bu sözlər o mənada deyil ki, mənim üçün Kəbənin fərqi yoxdur. Əgər bu tövhid müdafiəçisi laqeyid olsaydı, nə üçün hərəmdə qalıb, Allahdan yardım istəməliydi?! Bu söz döyüş və müdafiə meydanında həmin yardım istəyidir. Bəzi təqlid qələmləri fəallıq göstərib, dediklərinə iftixar edir, öz yazılarını qüsurlu halda nəş etdiriblər ki, Əbdül Mütəllib Kəbəyə laqeyid olub! Hətta bu qəziyyələri yanlış təhlil etməklə Əbdül Mütəllib kimi simaları ləkələyirlər. Guya, əbrəhə Əbdül Mütəllibi qınayır da ki, mən sizin din mərkəzinizi viran qoymağa gəlmişəm, siz isə bir neçə dəvənin hayındasıznız! Bəli, əvvəldə qeyd etdiyimiz kimi, təqlid qələmi də təhrif qələmi kimi təhlükəlidir. Belə nurani şəxsiyyətlərə çirkab yaxılır. Məhz belə məqamda təhqiq qələminin rolu aydın olur. Bu qələm düzgün təhlil aparmaqla həqiqətləri üzə çıxarır.

əbrəhə qarşısında Əbdül Mütəllibin sözləri və duaları onun mövqeyinin aşkar göstərir. O, əbrəhənin böyük qoşunu qarşısından qaçmır, öz az səhabələri ilə möhkəm dayanır. «Neçə dəfə olub ki, az bir dəstə Allahın yardımı ilə çox bir dəstəyə qalib gəlib» («Bəqərə» 249). Hansı ki, əbrəhənin qoşunu Kəbəyə çatmamış Mina dağının arxasında Muhəssir vadisində qeybi və teyr əbabil qüvvələri ilə qarşılaşıb, biabırçılıqla məğlub oldu. Amma əbrəhə fürsət tapıb Kəbəyə hücum etsəydi də, Əbdül Mütəllib və ətrafındakılar canla-başla din və Kəbəni müdafiə edəcəkdilər. Qələm nə qədər qərəzli və ya nadan olmalıdır ki, belə bir mücahid şəxsi müşrik və ya laqeyd göstərisin! Tarix həqiqət və yalandan yoğrulmuş bir məcnundur. Hər yazılana etimad etmək olmaz. Yazılmışların bir çoxu etibarsız olduğundan təhqiqatlar aparılmalıdır ki, həqiqət üzə çıxsın.

17-Həzrət Peyğəmbərin (s) əcdadının müvəhhidlik etiqadı o qədər məlum bir şey idi ki, şairlər bu münasibətlə şerlər yazardılar. Nümunə üçün əbüs-səlt ibni əbi Rəbi Səqəfinin qəsidəsindən bir beyt misal çəkmək olar.



Qiyamət günündə dinlər içindən


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin