Аллаһын елчиси


BESəTDəN əVVəL PEYĞəMBəRİN (S) DİNİ



Yüklə 1,08 Mb.
səhifə18/130
tarix11.01.2022
ölçüsü1,08 Mb.
#110706
1   ...   14   15   16   17   18   19   20   21   ...   130

BESəTDəN əVVəL PEYĞəMBəRİN (S) DİNİ


Besətdən əvvəl hicazda asimani bir dinin, halal-haramın olması barədə deyilənlər düzgün deyil. Çünki Quran, rəvaytə və tarix şahidlik edir ki, bütpərəstliklə, bəzilərinin məsihilik və yəhudiliyə etiqadı ilə yanaşı xüsusi ilə Məkkədə rəsmi din İbrahim (ə) dini idi. Quran islamı İbrahim dininin davamı bilir. «O sizi seçdi dində sizin üçün çətinlik yeri qoymadıAtanız İbrahim dini kimi» («Həcc» 78). Müxtəlif şəraitlərdə bu nöqtə qeyd edilir ki, islam Peyğəmbəri İbrahim dininin davamçısıdır: «Sonra sənə batildən haqqa tapınıb müşriklərdən olmayan İbrahimin dininə «tabe ol» - deyə vəhy etdik» («Nəhl» 123). Sonra buyurulur: «Doğru yolu tapmaq üçün yəhudi və ya məsihi olun, deyirlər. Onlara de ki, biz batildən haqqa tapınan, heç zaman müşrik olmamış İbrahim dinindəyik» («Bəqərə» 135).

İslamda bir çox əmələ aid hökmlər, xüsusi ilə həcc əməlləri İbrahim dininə uyğundur. Bunu çoxlu rəvayətlər təsdiq edir. («Vəsail» 2-ci cild).

Tairix şahiddir ki, ərəblərin çoxu İbrahim dininə inanmış, həcci yerinə yetirmiş, namaz qılmışlar. Yəqubi deyir: «Qüreyş, ədnanın bütün övladları İbrahim dininin bəzi əməllərini icra edirdilər, həcci yerinə yetirirdilər. Onlar qonağı tutur, ayların hörmətini saxlayırdılar. Fəsad və zülmdən çəkinir, günahkarları cəzalandırır, Allah evinin rəisliyini öhdədə saxlayırdılar.

Quran və rəvayətlərdə buyurulanlara, tarixdə yazılanlara diqqət etməklə necə ola bilər ki, Quran cəmiyyət üçün unudulmuş bir dini təsbit etsin və xalq onun hökmlərindən xəbərsiz olsun?! Bu sübutlara əsasən hicaz xalqının rəsmi dini İbrahim dini olmuşdur və bütpərəstliyə, çoxlu qaydalara da əməl edilmişdir.

Bunu da qeyd etməliyik ki, hicaz xalqı İbrahim dininə bağlı olmuş və məsihilik, yəhudilik xüsusi ilə Məkkədə zəif olmuşdur. Həzrət Peyğəmbər (s) də öz əcdadı kimi səmavi İbrahim dininə etiqad etmişdir.

Çünki Məkkədə nə məsihilik, nə də yəhudilik tanınmırdı və «həzrət öz dininə etiqad edirdi» deyimi onun peyğəmbərliyindən əvvəl əsaslı ola bilməz.



Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin