Аллаһын елчиси


ÜÇ QəLəM, İKİ XəTəR! 1-TəHRİF QəLəMİ



Yüklə 1,08 Mb.
səhifə2/130
tarix11.01.2022
ölçüsü1,08 Mb.
#110706
1   2   3   4   5   6   7   8   9   ...   130

ÜÇ QəLəM, İKİ XəTəR!

1-TəHRİF QəLəMİ


Tarix, eləcə də dinlərin, hadisələrin, tarixi şəxsiyyətlərin, millətlərin təhlili üç qələmlə yazılır. Bəziləri etiqad və hadisələrə, onların təhlilinə birtərəfli yanaşır, əqidələri öz anlayışına əsasən, olmuşları öz məqsədinə uyğun qələmə alır. Bəzən nəfs istəklərindən, bəzən də biganələrin təsirinldən hərəkətə gələn bu qələmləri, haqlı olaraq, təhrif qələmi adlandırmaq mümkündür. Çünki bu qələmlər istər məlumat, istərsə də təhlildə yanlışlıqlara yer verib, düşüncələri gerçəkliklərdən uzaqlaşdırırlar. Bu qələmlər ictimai hadisələrin təsfirində başlıca rol oynayırlar. Gerçəkliklər fırıldaqçı şəxsiyyətlərlə əsaslandırılır və mütəfəkkir insanlar arxa plana keçirlər. Ona görə də bu qəlmlər təhrif qələmi hesab olunur.

İslam dahiləri və islami xalqların tarixi də bu qələmlərdən amanda qalmayıb. Çünki təhrif qələmləri daim zəhərli nizələr tək fəzilət və fəzilət sahiblərinin qəlbinə nişanlanmışdır. Bu qələmin izləri mühüm şəxsiyyətlər və hadisələrin təsvirində xüsusi ilə seçilir. Peyğəmbər (s) simasının və yolunun təsvirində, o həzrətin mühüm qərarlarının, özünün və təyin etdiklərinin rəhbərliyinin təhlilində həmin bu qələmlər meydana atılır, birtərəfli məqsədli araşdırmalar aparılır. Burada islam sərhədlərinə göz dikmiş bəzi qərb şərqşünasların da xidməti vardır.

Bu gün müxtəlif cildlərə girib, islamın ideal şəxsiyyətlərini, onun mədəniyyətini, islam xalqlarının inamlarını hədəf seçmiş təcavüzkar qələmlər az deyil. Məqsəd müsəlmanları dini inamlardan uzaqlaşdırmaq, onların hürriyətini əlindən almaq, biganələrin asılılığına salmaqdır.! Bu qələmlər şəxsiyyət və hadisələri təhrif etməklə kifayətlənməyib, dini araşdırmalara varır və dərin təəssüf doğururlar. Dini tanımaqda biganə olduqları halda bu qələmlər müsəlmanlara din öyrətməyi də rəva bilirlər. Onlar və daxili qərpərəstlər öz xəyallarından ibarət olan təhlillərini din kimi təqdim etməklə iti qələmləri ilə dini dəyərləri tənqid atəşinə tutub, yalnız özlərini haqlı bilirlər. Bunlar təhrif qələmi zümrəsindəndirlər və müsəlmanlar onlara münasibətdə ayıq olmalıdırlar.


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin