Аллаһын елчиси



Yüklə 1,08 Mb.
səhifə26/130
tarix11.01.2022
ölçüsü1,08 Mb.
#110706
1   ...   22   23   24   25   26   27   28   29   ...   130

SÜDəMəRLİK VAXTI


Həzrət Peyğəmbərdən (s) ana südü haqda nəql olunub ki, körpə üçün ən yaxşı qida ana südüdür. («Bəhar» 100-ci cild). Allah-taala körpənin doğumu ilə eyni vaxtda ana döşündə süd qərarlaşdırır. Əgər ana südünün əhəmiyyəti müxtəlif yönümlərdən bəşər bu gün aydın olmuşsa, əsrlərcə əvvəl ilahi vəhy və sirrin üstündən pərdəni götürmüşdür. Əlbəttə indi bu söhbətin yeri deyil. İndi söhbət ondan gedir ki, Peyğəmbər (s) südəmərlik dövrünü necə keçirib, özü ana südündən bəhrələnmibmi?

Həzrətin (s) tamamilə ana südü görmədiyini sübut etmək çətindir. Xüsusi ilə doğum südü uşağın talehində mühüm rol oynayır. Əgər həzrətin (s) anasının südü yoxidisə də, doğum südü olmalıydı. Peyğəmbər (s) anadan olandan sonra bir müddət anasının yanında qalıb, onun kifayət qədər südü olmayıb. («Bəhar» 15). Əbdül Mütəllib bu uşağı adi bir insan bilmədiyindən ona xüsusi münasibət bəsləyir və nəzarət edirdi. Ona görə də süd verən qadın axtarırdı. Həzrətin (s) dayələrinin sayı mübahisəlidir. Bəzən bu say səkkiz, bəzən də on gətirilir. (Sireye hələbi, 1-ci cild). Onlardan ikisi daha çox tanınır. Anasından sonra ilk süd verən əbu Ləhəbin kənizi Səvibə (ərəbi) olmuşdur. («Tarixe Yəqubi» 1-ci cild). O, Peyğəmbərə (s) dörd ay süd vermişdir və Peyğəmbər (s) lütfü heç zaman unutmamış, onu əbu Ləhəbdən alıb azad etmək istəmişdir. Nəhayət bir vaxt əbu Ləhəb onu azad etmişdir. Nəql olunur ki, onun azad edilməsi əzabının yüngülləşməsinə səbəb olar. («Bəhar» 15-ci cild).

Sonra Əbdül Mütəllib digər bir dayə axtarmış, öz qızları Atikə (ərəbi) və Səfiyyə həzrətə süd vermək istəmişlər. Amma Həzrət (s) nə onların, nə də digər Bəni-haşim qadınlarının südünü istəmişdir. Əbdül Mütəllib nə edəcəyi barədə tərəddüdə qalmışdı. Ona pak, əxlaqlı Həliməni seçmək təklif olunur. Əbdül Mütəllib Həlimənin atası Əbdüllah ibni Harisin yanına adam göndərir. Əbdüllah bu təklifi qəbul edib, Həliməni müjdələyir. Həlimə böyük sevinclə uşağı təhvil almaq üçün Məkkəyə yola düşür.


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin