Аллаһын елчиси



Yüklə 1,08 Mb.
səhifə28/130
tarix11.01.2022
ölçüsü1,08 Mb.
#110706
1   ...   24   25   26   27   28   29   30   31   ...   130

HəLİMəNİN XATİRəLəRİ


1-Həzrət Peyğəmbərin (s) həyatı başdan-başa – istər besətdən qabaq, istərsə də besətdən sonra, hətta uşaqlıq dövründə əsrarəngiz hadisələrlə zəngindir. Həlimə bu uşağa süd verdiyi dövrdən həmin hadisələrə şahiddir. İlk dəfə Əbdül Mütəllib körpəni Həliməyə verəndə o yaxasını açıb sol döşünü körpəyə verdi. Onun sağ döşündə süd yox idi. Lakin uşaq imtina edib, sağ döşə meyl etdi. Həlimə yenə də sol döşünü vermək istədi, yenə də körpə sağa meyl göstərdi. Həlimə qorxdu ki, körpə sağ döşdə süd olmdığını görüb sol döşü də əmməsin. Uşaq təkid sağ döşü əmməyə başladı və illərcə süd görməmiş döşdə bolluca süd yarandı. Bu həzrətin (s) meylinin bərəkətindən idi. («Bəhar» 15-ci cild)

2-Elə uşaqlıq dövründə Həzrətin (s) böyüklüyü məlum idi. Həlimə öz itkisini bu uşağa süd verməkdə tapdığından bu vəzifəni sevinclə qəbul etmişdi. Həlimənin digər bir südəmər uşağı da vardı və hər iki uşağı bir döşdən əmizdirməli idi. Həzrətin (s) sağ döşə süd gəldiyindən hər uşaq bir döşü əmirdi. Amma Həzrət (s) yalnız sağ döşü əmir və süd qardaşınnı haqqına toxunmurdu. İnsanlığın səciyyəsi olan ədalət və insaf əvvəlcədən bu körpədə aşkar idi.

3-Həlimə sadə həyat tərzi keçirirdi. Bəlkə də, iqtisadi baxımdan kasıb idi. Bir-neçə artıq qoyundan savay bir şeyi yox idi. Həzrət Peyğəmbər (s) onun evinə qədəm qoyandan bu evə bərəkət gəlmişdi. Qoyunlar əkiz doğur, bolluca süd verirdilər. Ev əhli və camaat bu işin qarşısında etiraf etməli olurdular ki, uşağın gəlişi ilə onların yaşayışı dəyişib. Nəql edilir ki, bu uşaq «Bismillah» deməmiş bir şeyə toxunmazdı, bəzən ondan zikrlər eşidərdilər.

Həzrətin (s) südəmərlik dövrü keçdi. Amma o, hələ də Həlimənin yanında idi. Həlimə onu dörd və ya beş yaşından sonra anasına qaytardı. Amma çox çəkmədi ki, yenə anasından ayrılmalı oldu. hansı ki, bu yaşda ana məhəbbətinə böyük bir ehtiyacı vardı. Bəlkə də bu ilahi bir hikmət idi ki, fəzilətli bir uşaq çətinliklərlə imtahana çəkilsin, onun ruhu məsuliyyətlərin qəbuluna hazır olsun. Əvvəlcə atası, az sonra anası ondan ayrıldı. Əbdül Mütəllib Aminənin vəfatından sonra onu öz yanında saxlayır. İki il ötmür ki, Əbdül Mütəllibin vəfatı ilə səkkiz yaşlı uşaq babasının mehr-məhəbbətindən məhrum olur. Sonra Həzrətin (s) himayəsini Əbu Talib öhdəsinə götürür.



Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin