Cəmiyyətin zəif insanlarını hüququ daim zorular tərəfindən tapdalanır. Məzlumların hüquqlarının müdafiəsi insanların öhdəsinə düşən insani bir fəzilət, ilahi bir dəyərdir. Peyğəmbər (s) hələ öz risalətindən əvvəl haqqı müdafiə edər, fəzilət haqqında söhbətlərdə olardı. Bəni-əsəd qəbiləsindən bir şəxs ticarət üçün Məkkəyə gəlir. Onun malını Bəni-səhm qəbiləsindən bir şəxs alır, amma pulunu ödəmir. Bu adam nə qədər çalışırsa, öz haqqını ala bilmir. Əbu Qubeys dağının zirvəsinə çıxıb, yardım isətyir. Onun hərəkəti camaata çox təsir edir. Qüreyş böyükləri Əbdüllahın evinə toplanır. Məclisi həzrət Peyğəmbər (s) nizamlayır. Bu yığıncaqda onlar əhd edirlər ki, məzlumların haqqını qoruyacaqlar. Bu müqavilə (ərəbi) adı ilə tanınır. Zahirən bu əvvəlki müqavilələrə yeni bəndlərin əlavə edilməsi ilə bağlıdır. Peyğəmbərin (s) bu ləyaqətli işi tarixdə məhşurdur. Həzrət (s) özü də bu müqavilə ilə fəxr etmiş və buyurmuşdur: «İndidəmənibeləbirmüqaviləniimzalamağaçağırsalarqəbuledərəm». («Tarixe Yəqubi» 1-ci cild).