Cahiliyyət dövründə Tahirə adlanan Xədicə Məkkənin tanınmış və dindar qadınlarından idi. Əbu Cəhl, əbu Süfyan, Üqbə ibni əbu Məit, Səlt ibni əbu Yəhab kimi admalar ona elçiliyə gəlmiş, amma Xədicə onlarda evlənmə üçün zəruri keyfiyyətləri görmədiyi üçün razılıq verməmişdi. («Bəhar» 16-cı cild). (Amma Məhəmməd-əmindən elçiliyi razılıqla qəbul etdi). Xədicə şərafətli bir ailədən idi və Peyğəmbərin dördüncü babası Qəsada onunla bağlanırdı. Xədicə ilahi qadınlardan idi və onun haqqında rəvayətdə nəql olunmuşdur: «Allahdördqadınıseçmişdir: Məryəm, Asya, XədicəvəFatimə» («Bəhar» 15-ci cild). Peyğəmbərin özündən və həzrət əlidən sonra Xədicə müsəlmanlığı qəbul etmiş ilk şəxsdir. Əlidən (ə) belə nəql olunub: «İlkislamolmuşevdəcəmiüçnəfərvardı: Peyğəmbər (s), Xədicə, üçüncüisəmən». Həzrət Peyğəmbərdən (s) bu xanım haqqında belə nəql olunub: «Xədicəkimisiharadatapılar. O, mənimrisalətimieləbirvaxttəsdiqetdiki, xalqbuböyükfəzilətlədüşmənçilikedirdi». Bu fəzilətdə birinci olmaq bəşəriyyət üçün fəxrdir. Peyğəmbərlə (s) Xədicə təqribən iyirmi beş il bir yerdə olmuşlar. Həzrətin (s) əksər övladları bu böyük qadından olmuşdur. Xədicə besətin onuncu ili Məkkədə 65 yaşında vəfat etmişdir və Məkkədə «Cənntül-məlai» qəbristanlığında dəfn olunmuşdur. Onun qəbri bu gün də ziyarət edilir.