Аллаһын елчиси



Yüklə 1,08 Mb.
səhifə37/130
tarix11.01.2022
ölçüsü1,08 Mb.
#110706
1   ...   33   34   35   36   37   38   39   40   ...   130

DİGəR İZDİVACLAR


qədər ki, Xədicə sağ idi həzrət Peyğəmbər (s) başqa qadınla evlənməmişdi. Xədicənin vəfatından sonra Peyğəmbər (s) on dəfədən çox evlənmişdir. İmam Sadiqdən (ə) nəql olunmuşdur ki, həzrət (s) on beş qadınla evlənmiş, onlardan ikisi ilə yaxınlığı olmamışdır. («Vəsail» 14-cü cild).

1-Sudə Zəmə qızı Peyğəmbərin Xədicədən sonra evləndiyi ilk qadın idi. O, hicrətdən sonra Ömərin xilafətinin axırlarında və ya 54-cü ildə vəfat etmişdir.

2-Əbu Bəkrin qızı Ayişə Sudədən sonra Məkkədə altı yaşında Peyğəmbərə (s) əqd olunmuşdur. Yalnız hicrətdən sonra Peyğəmbərin (s) evinə köçmüşdür. Peyğəmbərin evləndiyi qadınlar arasında yalnız Ayişə bakirə olmuşdur. O, Hicrətin 57-ci, ya da 58-ci ilində vəfat etmişdir.

3-Həfsə Ömər qızı, əri Xüneys Ühüd döyüşündə yaralanıb öləndən sonra Hicrətin üçüncü ili Peyğəmbərə ərə gedir. Ya 28, ya 41, ya da 45-ci ildə vəfat etmişdir.

4-«Ümmül-məsakin», Xəzimə ibni Haris qızı Zeynəb – Ühüd döyüşündə şəhid olmuş Əbdüllahın ibni Cəhşin arvadı. Peyğəmbər (s) Həfsədən sonra onunla evləndi. İki-üç ay sonra vəfat etdi.

5-«Ümmü-həbibə» kimi tanınmış Rəmlə əbu Süfyan qızı. Həbəş səfərində əri məsihiliyi qəbul etdiyindən Nəccaşinin vasitəsi ilə Peyğəmbərə əqd olunub və Hicri 44-cü ildə vəfat edib.

6-Əri Əbu Sələmə Ühüd döyüşündə yaralanıb şəhid olmuş «Ümmü-sələmə» əbu Üməyyə qızı. O, Peyğəmbərin bütün qadınlarından sonra 59-62-ci illər arasında vəfat edib.

7- Peyğəmbərin (s) təklifi ilə Zeydə əqd olunmuş Cəhş qızı Zeynəb. Zeyd onu boşadıqdan sonra ilahi vəhyə görə Peyğəmbərə ərə getmişdir. O, Hicri 20-ci ildə vəfat etdi. O, daim digər qadınlar yanında öyünərək deyirdi ki, sizi atalarınız həzrətə ərə verib, mən isə ilahi vəhylə gəlmişəm.

8-Cəvriyə Haris qızı, Hicri 5-ci ildə Bəni-müstələq döyüşündə əsir düşdü və əsgərlərdən birinə qənimət verildi. O, öz sahibi ilə isrət kəsdi ki, qiymətini ödəyəcəyi təqdirdə azad edilsin. Sonra Peyğəmbər (s) bu qiymətin ödənməsi üçün müraciət etdi. Həzrət (s) həmin məbləği ödəyib, onunla evləndi. Bu evlənmə çoxlu əsirlərin azad olunmasına səbəb olud.

9-«Ümmü-şərik» kimi tanınmış Uzilə Cabir ibni Həkim qızı. O, özünü mehriyyəsiz olaraq Peyğəmbərə (s) bağışladı.

10-Səfiyyə Həyy ibni Xəttab qızı, Harun peyğəmbərin (s) ????? nəvələrindən idi və Xeybər döyüşündə əsir düşmüşdü. Həzrət (s) azad etdikdən sonra onunla evləndi. O, Hicrətin 50-ci ilində vəfat etdi.

11-Məymunə Haris ibni Həzn qızı yeddinci ildə Ümrətül-qəza səfərində Peyğəmbərlə (s) izdivac etdi və 51-ci (63-66) ildə vəfat etdi.

12-Qibti padşahı Məqvəqis tərəfindən Peyğəmbərə (s) hədiyyə edilmiş Mariyə. Bəzi qadınlar yalnız həzrətə əqd olmuş və ya onun kənizi olmuşlar. Amma bu evlənmələr həyata keçmişdir və onların adı tarixdə qeyd edilib. Xədicədən başqa həzrətin əksər qadınları Mədinədə Bəqi qəbristanlığında dəfn edilmişlər. Onların qəbri hal-hazırda da tanınır və ziyarət edilir.


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin