Peyğəmbər (s) səfərə çıxanda, hətta müharibəyə gedəndə bəzi zövcələrini özü ilə aparardı. Bəzən də kimin gedəcəyi püşklə təyin olunardı. Döyüşlərdən birində Ayişə Peyğəmbərin (s) yanında idi. Yolda dayanarkən Ayişə paklanmaq üçün karvandan arxada qalır. Kəcavə Ayişəsiz dəvəyə qaldırılır və karvan yola düşür. Ayişə qayıdarkən boyunbağısının qırılıb düşdüyünü görür. Boyunbağını axtarmaq üçün geri qayıdır. Yolda məlum olur ki, Ayişə kəcavədə yoxdur. Bir müddət sonra Səfvan ibni Mətəl oradan keçərkən Ayişəni görür və onunla kəlmə belə kəsmədən dəvəsini yatırdıb Ayişəni dəvəyə mindirir və karvana çatdırır. Ayişə və Səfvan haqqında böhtançıl adamlar söz-söhbətə başlayırlar. Xüsusi ilə Mədinədə şayələr yayılır. İttiham olunanlar, xüsusi ilə Ayişə möhkəm narahatçılıq keçirir. Peyğəmbərsə bu barədə susur və böhtanlar onu incidir. Ayiəşənin günü göz yaşları içində keçir, yuxusu ərşə çəkilir. O, tənhalığa çəkilib, Allahdan yardım diləyir. Sübhan Allah Ayişə haqqında deyilənlərin böhtan olduğunu belə təsdiqləyir: «HəqiqətənAyişəhaqqındayalanxəbərgətirənləröziçərinizdəolanbirzümərdir. Onupisbirşeyzənnetməyin. O, bəlkədəsizinüçünxeyirlidir». («Nur» 11). Quran bununla vəhy evinə bağlı olanların, rəhbərlərin əhəmiyyətini nəzərə çatdırır. Çox adamlara böhtan atılır, amma Quran müdaxilə etmir. Amma Peyğəmbər zövcələrinə böhtan deyiləndə Quran onları paklayır. Bu onların hüquqi şəxsiyyətlərinə verilən əhəmiyyətdir.