Аллаһын елчиси



Yüklə 1,08 Mb.
səhifə43/130
tarix11.01.2022
ölçüsü1,08 Mb.
#110706
1   ...   39   40   41   42   43   44   45   46   ...   130
«Ey Peyğəmbər zövcələri, Allahdan qorxacağınız təqdirdə siz qadınların heç biri kimi deyilsiniz» («əzhab» 32). «Siz ey peyğəmbər zövcələri, sizin hansı biriniz açıq-aşkar bir çirkin görsə onun əzabı ikiqat olacaq» («əhzab» 30). Bu «uyğun cəza olaraq» ayəsinə («Nəbə» 16) zidd deyil. İki cəza qazancı fərqli baxımlardandır.

Quran rəhbərlik evinin şəninə, adına o qədər əhəmiyyət verir ki, belə müraciət edir: Ya şən və adı qorumaqla Peyğəmbərlə olun, ya da Peyğəmbərdən və rəhbərlikdən uzaqlaşın. Rifah istəyi ilə peyğəmbər ardıcıllığı yanaşı ola bilməz. Bu iki şey bir yerdə mümkün deyil. Diqqət edin: «Ya Peyğəmbər, zövcələrinə de ki, əgər dünya rifahı bər-bəzək istəyirsinizsə, qoy Peyğəmbər sizin haqqınızı ödəyib boşasın». Rəhbərlik evində rifah mümkün deyil:

彷彸￿￿考 彷彷￿￿ 彷弄考 彸彸￿￿ 彸弄䱸‡(᭘￿￿￿︨돻♅￿￿ 彷彷￿Yox, axirət həyatını istəyirsinizsə, Allah içərinizdən yaxşı işlər görənlər üçün böyük bir mükafat hazırlaşmışdır» («əhzab» 29). Quranın müraciətləri diqqəti bu nöqtəyə yönəldir ki, siz Peyğəmbər zövcəsi olduğunuz üçün başqalarından daha diqqətli olmalı, cahil əməllərdən çəkinməli, xalq arasında cahil adətlərlə görünməməlisiniz: «Öz evlərinizdə olun, məclislərdə cahiliyyət dövrünün qadınları kimi görünməyin» («əhzab» 33).

Peyğəmbərin (s) qadınları bu göstərişləri ürəkdən qəbul etdilər; öz əməl və rəftarlarına diqqətli oldular. Söz yox ki, Peyğəmbərin vəfatından sonra Ayişə bu göstərişlərindən çıxıb, müxalifət bayrağı qaldırdı. Cəməl döyüşü fitnəsində əlinin (ə) cavan hökumətinə qarşı çıxdı. Əlbəttə ki, yuxarıdakı ayədən belə nəticə çıxarmaq olmaz ki, qadın ictimai məsuliyyətlərdən kənarda olmalıdır. Bu məsələnin izahı «Fatimə həyat idealı» kitabında şərh edilib.

Hər halda Quran yolu ilə düşünənlər, əməlini Qurana uyğunlaşdırmaq istəyənlər Peyğəmbəri (s) özlərinə nümunə götürürlər. Bu hüquqi şəxsiyyətə malik olanlara daha çox aiddir və onlra bu məsələyə ciddi yanaşmalıdırlar. Belə şəxslər deyilənlərə sübut istəsələr, həmin ayə şəri dəlil ola bilər.


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin