Аллаһын елчиси



Yüklə 1,08 Mb.
səhifə46/130
tarix11.01.2022
ölçüsü1,08 Mb.
#110706
1   ...   42   43   44   45   46   47   48   49   ...   130

BəŞəRİ RİSALəT


Həyat yolunda heç bir zəif nöqtəsi olmayan insanlar peyğəmbərlik məsuliyyətini qəbul etməyə layiqdirlər. Peyğəmbərlik icra ilə yanaşı bildirişdir. Mümkündür ki, kimsə uca mənəvi məqama çatsın, övliyalar zümzüməsinə qovuşsun, amma peyğəmbərlik ləyaqəti əldə edə bilməsin. Bu ləyaqət ömür boyu məsum olmuş, doğru yoldan sapmamış insanlara nəsib olur. Bütün bu əlamətlər Allaha məlumdur və peyğəmbərləri də Allah seçir: «Allah peyğəmbərliyi kimə göndərəcəyini Özü daha yaxşı bilir». («Ənam» 128). Bu ləyaqət öz şəxsi ləyaqətini heç zaman alçatmamış insanlara tapşırılır.

İlahi peyğəmbərlik insan yer üzünə qədəm qoyan gündən başlamışdır və bəşər həyatının son anınadək davam edəcəkdir. Peyğəmbərlik silsiləsi həzrət Məhəmməddə (s) sona yetsə də, bu peyğəmbər silsiləsinin sona yetməsidir. Amma həzrət Məhəmmədin risaləti bəşəri bir risalət olduğundan dünya durduqca duracaq. İnsan həmişəlik vəhyə möhtacdır və bu vəhy hər zaman onunla olacaq.

İlahi risalət və səmavi göstərişlər ictimai həyatla yanaşı inkişaf edib, bəşərin istəklərinə tam cavab verəcək son peyğəmbərlə başa çatır. Ondan sonra isə digər bir risalət düzgün ehtimal deyildir. Silsilə peyğəmbərlərin imanı, ilahi dinin kamilliyi həzrətin (s) risaləti ilə kamala çatır. «Allah yanında din daim islamdır». («Ali-imran» 19(?)). Risalətin sonuncu olmasının fələfəsi budur ki, risalət istəklərin təmini üçündür və həzrətin (s) risaləti bu istəklərə tam cavab verirsə, demək yeni bir risalətə ehtiyac qalmır.

Peyğəmbərin (s) risalətinin başlanğıcı bəşər tarixində çox böyük hadisədir. Allah tərəfindən bəşəriyyət üçün bundan böyük hadisə, bundan böyük nemət göndərilməmişdir. Bu risalət cəmiyyətə yeni bir etiqadi və siyasi quruluş gətirir. Ləyaqət baxımından bu risalət peyğəmbərin qırx yaşından rəsmi olaraq başlayır. Bunu da qeyd edək ki, rəvayətlərə əsasən hələ qırx yaşınadək ona mələklər nazil olmuş, röya aləmində mələklərlə görüşmüşdür. Rəsmi olaraq isə Quran həzrətin (s) qırx yaşında nazil olmuşdur.

Sünni və şiə əhli tərəfindən qəbul olunmuşdur ki, Quran «Ələq» surəsinin ilk beş ayəsi nazil olmağa başlamışdır. Eləcə də əksəriyyət qəbul edir ki, besətin başlanğıcı 27-si Rəcəbə düşür. Amma sünnə əhlinə görə bu tarix fərqlidir. Belə məsələlərin araşdırılması Quran elmlərinin mövzusudur və öz vaxtında izah ediləcək. Burada isə məqsədimiz besətin səbəblərini araşdırmaq, eləcə də, həzrətin (s) keçdiyi yolu, ibadi, ictimai və siyasi həyatını təsvir etməkdir. Bu nöqtə də işıqlandırılmalıdır ki, belə bir böyük məsuliyyəti qəbul edən şəxsin hansı xüsusiyyətləri olmuşdur. Bütün həyatı nümunə olmuş belə bir fəzilətli şəxsin öyrənilməsi faydalı olacaq. Çünki düzgün təhlillər və onun həyatının təsviri ona ardıcıl olmaq imkanını yaradacaq.


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin