Həzrətin (s) risaləti gizli şəkildə başlayır. Əvvəlki peyğəmbərlər hazırlıq görsələr də, həzrətin əvvəlki parlaq həyatı hamıya məlum olsa da, şərait münasib olmadığından, bütün ixtiyarlar bütpərəstlərə məxsus olduğundan bu risalət məhdud və gizli şəkildə başlayır. «ənyaxınqohumlarınıqorxut». («Şüəra» 214). Vəhy göstərişləri kiçik bir cəm arasında məxfiyanə açıqlanır və barmaqla sayılası qədər az insan Peyğəmbərin buyuruqlarına iman gətirirlər. Həzrətin risaləti şirkə etiraz etməklə, «Allahdanbaşqaməbudyoxdur, deməklənicattapın» şüarı ilə başlanır. Bu ideya insanların pak fitrətindən qalxdığından aram-aram genişlənir və ürəklərdə yer tapır. Bu şüarlar genişləndikcə müxalifət də güclənir. Bu müddətdə həzrətə yaxınların və Qüreyş böyüklərinin çoxu Peyğəmbərə iman gətirirlər. Bu gizli dəvət, risalət üç il davam edir.