Аллаһын елчиси



Yüklə 1,08 Mb.
səhifə49/130
tarix11.01.2022
ölçüsü1,08 Mb.
#110706
1   ...   45   46   47   48   49   50   51   52   ...   130

PEYĞəMBəRİN HİCRəTİ


Düşmənin istəkləri ziddinə olaraq vəhy dəvəti Məkkə və onun ətrafını bürüyür. Hətta bu dəvət Mədinə kimi uzaq bir şəhər çatır. Müsəlmanların sayı daim artır. Düşmən də ot təlaşını artırır və müqavimətini genişləndirir. Hətta ən əzabverici üsullara əl ataraq Peyğəmbərin (s) bəzi yaxınlarını şəhadətə yetirir. Etiqad baxımından xeyli şirk xurafatın yerini fitri tövhid inamı tutsa da, risalətin bəşəri dəvəti təkcə etiqadda məhdudlaşmır. Bu dəvət həyatın bütün sahələrini əhatə edir. Peyğəmbərin bütün təlaşlarına baxmayaraq Məkkədə münasib şərait yaranmır. Risalət hədəflərinin icrası üçün başqa yol seçilməli olur.

Digər bir tərəfdən düşmən o qədər azğınlaşır ki, Peyğəmbəri şəhadətə yetirmək üçün qəti qərara gəlirlər. Müxtəlif qəbilələrdən toplaşmış silahlı adamlar Peyğəmbəri yatağındaca öldürməyə and içirlər. (ərəbi hadisəsi). Qurani-kərim bu qurğunu aşkarlayır: «Yadına sal ki, bir zaman kafirlər səni həbs etmək ya öldürmək, yaxud da çıxarıb qovmaq üçün qurğu qururdular». («ənfal» 30). Lakin düşmənin hiyləsi baş tutmur və Allah-taala Peyğəmbər və onun yaxınlarına xəbərdarlıq edir. Bununla belə böyük risalət üçün Məkkədə lazımı şərait yaranmır.

Digər bir tərəfdən Mədinə əhalisinin çoxu müsəlman olmuşdu və bu şəhərdə vəziyyət Məkkədəkindən çox fərqlənirdi. Mədinə müsəlmanları Peyğəmbəri (s) öz şəhərlərinə dəvət edirlər. Həzrət (s) Məkkədəki namünasib vəziyyəti, Mədinə camaatının hazırlığını nəzərə alaraq Məkkədən Mədinəyə hicrət edir.


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin