Аллаһын елчиси



Yüklə 1,08 Mb.
səhifə59/130
tarix11.01.2022
ölçüsü1,08 Mb.
#110706
1   ...   55   56   57   58   59   60   61   62   ...   130

2-DİNİ VİLAYəT


İkinci mühüm nöqtə budur ki, Allahın dinində ixtiyarlı bir insan var, yoxsa yoxdur? Cavab vermək asandır. Din Allahın ixtiyarındadır və vəhy insan fikri sərhəddinin o biri üzündən gəlir. Dini biliklər insan fikrindən ucada dayanır. Allah kimsəyə dində ixtiyar (vilayət) verməmişdir. Dində kimsə dəyişiklik, əvəz etmə apara bilməz. İlahi peyğəmbərlər də dində ixtiyar sahibi (vəli) deyildirlər. Sadəcə, ilahi dəvəti çatdıran seçilmişlərdir. Bəs nə üçün bəzi dini əsərlərdə bu ixtiyarın həvalə olunmasından («təfviz») danışılır? Elə bu həvalə də əslində Peyğəmbərin şəxsi rəyi yox, ilahi vəhyə işarədir.

əgər bir şəxsin dində vilayəti (ixtiyarı) yoxdursa, dinin həvalə olunması haqqı da yoxdur. Hətta peyğəmbərin də elə bir haqqı yoxdur. Yalnız Allah onu həvalə edə bilər və bu təyinat Ona lazımdır. Çünki din ixtiyarsız olduqda quru dərman nüsxəsi kimi bir şeydir və bu nüsxədən həkim olmadan bir nəticə əldə etmək olmaz. Beləcə, Peyğəmbərin risaləti dövründə xalqa rəhbərlik üçün böyüklərin («vəli») təyin edilməsi faktdır. Xüsusi ilə vida həcci dövründə Peyğəmbərin (s) Allah əmrinə əsasən imam təyinatı rəsmi surətdə qeydə alınıb. Qədir kimi əzəmətli bir mərasimdə həzrət (s) bütün bəhanələri kəsərək bu əmri yerinə yetirdi. Bu rəhbərin təyinatı ilə Allah-taala dini kamala çatdığını bəyan etdi və rəsmi şəkildə ümmət rəhbərliyin bünövrəsi qoyuldu. «Bu gün sizin dininizi kamala çatdırdım, siz olan nemətimi tamamladım bir din kimi sizin üçün islamı bəyənib seçdim». («Maidə» 3). Vəlinin təyini ilə dinin möhkəmlənməsi odur ki, müxtəlif yönümlərdə din aydınlaşdırılsın və icra edilsin. Xalqın vilayəti onun öhdəsinə keçir və bu ötürmə vilayətin peyğəmbərdən canişinə ötürülməsidir. «Peyğəmbər möminlərə onların özlərindən yaxındır» («əhzab» 6). Şiələrin etiqadına görə Peyğəmbərdən (s) sonra da cəmiyyətə rəhbərlik Allah tərəfindən təyin olunur. On iki məsum imam da bu təyinat üzrədir.



Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin