Аллаһын елчиси



Yüklə 1,08 Mb.
səhifə60/130
tarix11.01.2022
ölçüsü1,08 Mb.
#110706
1   ...   56   57   58   59   60   61   62   63   ...   130

VİLAYəTİN İSTəYİ


İnsanlar xilqət nöqteyi-nəzərincə bir növ vəhdətdədirlər və onların yaranış başlanğıcı eyni bir həqiqətdir. Ona görə də kimsə kiməsdən üstün deyildir. Üstünlük olmadığı təqdirdə bir şəxs o birinin üzərində hakimiyyətə malik ola bilməz. Bu əsaslar dini və hüquqi cəhətdə qəbul olunmuşdur. Vilayət və hakimiyyət o zaman məqbuldur ki, insan özü bir şəxsin hakimiyyətini qəbul etsin. dini baxımdan da insana yalnız Allah-taala – ona verilən nemətlərin sahibi hökm edə bilər. Mənəviyyat və ləyaqətə əsaslanan istənilən bir vilayət Allahın təsdiqi ilə hüquqidir. Peyğəmbərin, islamın fiqhin vilayətinə gəldikdə isə bu hakimiyyətlər ilahi dəyərləri istəyir və Allah tərəfindən təsdiqlənir.

Başqa sözlə, insanların hakimiyyəti Allah tərəfindən iman dəyərlərinə əsaslanır. Əgər möminin mömin üzərində hakimiyyəti varsa, bu əsası Allah tərəfindən qoyulmuş iman hakimiyyətidir: «Möminlər yaxşı işlər görməyi əmr edər, pis işləri yasaqlarlar». («Tövbə» 71). Mömin Allah tərəfindən mömin üzərinə vilayəti, əmr etmək və çəkindirmək haqqı vardır. Əgər atının oğul üzərində vilayəti vardırsa, bu atalıq şənindəndir və Allah tərəfindən olan vilayətdir. Eləcə də Peyğəmbərin xalq üzərində hakimiyyəti ismət və tədbir əsasında ilahi təyinatdır. Ona görə də vilayət və rəhbərlik işində söhbət xalqa hakimlik və dini ixtiyardan getdiyindən rəhbərin təyini xalqın yox, Allahın işidir. Eləcə də, peyğəmbərin, imamın və ya fəqihin vilayəti din yox, xalq üzərindədir.

Amma ictimai işlərdə xalq özü hansısa bir qərara gələ bilər. Məsələn, əkinçilik və sənətdə, tibb və əczaçılıqda, şəhərsalma və ictimai işlərdə. Bütün bunlar xalq işidir («ümurun-nas»). Bu ümumi işlər iki yolla rastlaşa bilər. Bu işlərin icrası üçün xalq nümayəndə seçə bilər. Ya da bir layiqli şəxs bu işə təyin oluna. Məsələn, Allah-taala bir fərdin ləyaqətindən agah olduğu üçün onu müəyyən işə təyin edə. Hər iki yol doğru görünür.

İlahi siyasi quruluşda dinin ixtiyarı peyğəmbərə həvalə olunduğundan cəmiyyətdə münasibətlərin nizamlanması da onun öhdəsindədir. O, müdirlər və müdiriyyət üsulunu təyin etməklə tarazlıq əldə etməlidir. Xalq öz fərdi, ümumi, ictimai işlərində bir müdirə ehtiyaclıdır. Allah-taala bu işləri ən layiq şəxs olan peyğəmbərə tapşırır. Əgər Quran buyurursa ki, «xalqın işləri müşavirə ilə yerinə yetir», bu həmin sadalanan qeyri-siyasi işlərdir. İctimai, iqtisadi, mədəni işləri xalq dərk etmək qüdrətindədir və bu xalqa aid olan işlərdir – bu işlər məşvərət, məsləhətlə yerinə yetirilir və xalq bu işi bacarır. Lakin bu işlərdə mərkəzləşməyə ehtiyac olduqda bu vəzifə peyğəmbərin öhdəsinə verilir. «Xalqla məşvərət et. Lakin qərara gəldikdə Allaha təvəkkül et» («Ali-imran» 159). Müşavirə lazımdırsa da, son qərar iş böyüyünündür.



Buna görə də xalqın gündəlik işlərində müdiriyyətin təyini üçün vəhyə ehtiyac yoxdur. Din xalqa fizika, kimya öyrətmək üçün gəlməyib. Əgər bir şəxs deyirsə ki, bütün dünyəvi elmlər dindən qidalanır, o şəxs ifrata varır. Bu dini məsuliyyət deyil. Vilayətin istəyi ilahi və insani dəyərlərdir.

Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin