Аллаһын елчиси



Yüklə 1,08 Mb.
səhifə61/130
tarix11.01.2022
ölçüsü1,08 Mb.
#110706
1   ...   57   58   59   60   61   62   63   64   ...   130

NəTİCə


İlahi hökumətin məqsədinə diqqət yetirməklə bu məqsədin həqiqətə çevrilməsi siyasi həyata vəhyin müdaxiləsi olmadan mümkün deyil. İkinci nöqtəyə diqqət yetirilərsə, dini rəhbərin təyini yalnız Allahın haqqıdır. Üçüncü nöqtəyə əsasən xalqın həyatında da dini rəhbər xalq üçün təyin edilir. Bu müqəddimədən belə bir nəticə alınır ki, hökumət üsulunun və rəhbərin təyini Allahın ixtiyarındadır. Din bu işlərə müdaxilə etməlidir. İstər peyğəmbər, istər imam, istərsə də fəqih vilayətində Allah tərəfindən rəhbərin təyini dini-siyasi quruluşu qanuni edir. Rəhbər və quruluşun qanuniliyində xalqın münasibətinin rolu yoxdur. Xalqın rolu vilayətin qəbulu və hökumətin formalaşmasındadır. Xalq rəhbərin qüvvəsidir. Əgər xalq meydanı tərk edərsə, rəhbər gücünü itirir və xanənişin olur. Həzrət əli (ə) belə rəhbəri «əli kəsik» adlandırır. Əli (ə) kimi rəhbərlərin evdə oturması ilə müaviyələr fürstə tapır və zülm aparatı işə düşür. Xalq hər hansı bir hakimiyyətin qəbulunda səlahiyyətlidir. Hakimiyyətin qanuniliyində isə onun rəyi əsas deyil. Xalq hökumətin qanuniliyinin təyinində yox, qurulması və idarəsində iştirak edir. Peyğəmbər və imam dövründəki hökumət quruluşu ilə fəqih dövründəki quruluşla heç bir fərq yoxdur. Şiələrin baxışına görə peyğəmbərdən sonra rəhbərlik və imamət ilahi göstərişlərdir. İmamətdən sonra həmin üsuli vilayəti – fəqih formasında davam edir. Bu baxışın sübutu üçün dəlillər çoxdur, onların bəzilərini qeyd edirik.

Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin