Аллаһын елчиси



Yüklə 1,08 Mb.
səhifə64/130
tarix11.01.2022
ölçüsü1,08 Mb.
#110706
1   ...   60   61   62   63   64   65   66   67   ...   130

3-DİNİ əSəRLəR


Quran peyğəmbərlərin hədəfi barədə buyurur: «Xalq bir ümmət idi. O zaman Allah-taala müjdə verən əzabla qorxudan peyğəmbərlər seçdi, onlarla səmavi kitablar göndərdi ki, xalqın ixtilaflarını həll etsinlər» («Bəqərə» 213). Peyğəmbərlər və onların kitablarının hədəfi xalqın problemlərini həll etməkdir. Bu ixtilaflar isə rəngarəngdir. Həqiqi dinlə yanaşı dayanan əqidələr uydurulur. (Hüquqi və s. ixtilaflar). Quran ayəsi peyğəmbərləri ixtilafların həllində hakim bilirmi? Mütləq şəkildə deyilirmi ki, peyğəmbərlər bəşərin bütün ixtilaflarını həll edirlər?

əgər ayənin buyuruğu mütləqdirsə, əqidə ixtilafı dəlillərlə aydınlaşdırılır. Amma xalq arasındakı sair ziddiyyətləri dəlil gətirməklə həll etmək olmaz. Bu ixtilafların həlli ilahi siyasi quruluş yaradılmadan qeyri-mümkündür. Çünki təcavüzkarın qarşısı nəsihətlə alına bilməz. Ayənin təbiri olduqca lətifdir. Çünki söhbət hökmdən gedir. Hökm həmin hakimlik, xalqın müşkillərinin həllidir. Ayə aydınca dəlalət edir ki, peyğəmbərlər xalq arasında hakimlik edər. Həzrət (s) haqqında buyurulur: «Həqiqətən biz sənə Quranı haqq olaraq nazil etdik ki, Allahın sənə göndərdiyi ilə insanlar arsında hökm edəsən» («Nisa» 105). Ayədəki «litəhkumə» (hökm edəsən) sözü ərəbcə hökumət mənasınadır.



Bu məqsəd digər bir ayədə daha da işıqlandırılır: «And olsun ki, Biz peyğəmbərlərimizi açıq-aşkar dəlillərlə göndərdik. Biz onlarla birgə kitab və ədalət tərəzisi nazil etdik ki, insanlar ədalətlə rəftar etsinlər» («Hədid» 25). Xalqın ictimai ədalət uğrunda qiyamı peyğəmbərlərin və səmavi kitabların hədəfləridən biri kimi bəyan olunmuşdur. Uyğun hədəf bu ayədə çox aydın təmin olunur. Açıq şəkildə ədalət peyğəmbər hədəfi sayılır. Bu da aydındır ki, ədalət, istək, dua, rəhbərliklə əldə edilər. Ədalət mədəni inkişafla bağlı olsa da, təcavüzkar insanların mədəniyyətlə bir bağlılığı yoxdur onlar insan haqlarına, ilahi dinə təcavüz edirlər. Bəzən nəsihət belələrinə təsir etsə də, çox vaxt təcavüzkarlar öz haqqına qane olmurlar. Onların qarşısı zorla alınmalıdır. Bu ifadəli ayə məqsədin təhlilindən sonra buyurur: «Biz dəmir yaratdıq». Axı dəmirin yaradılmasının peyğəmbərlərin risaləti ilə nə əlaqəsi var? Görən dəmirin yaradılması xəbərini hüquqların müdafiəsi üçün vasitə – qılınc və ya silah hazırlanması ilə əlaqələndirmək olarmı? Günah və təcavüz dəmirlə qarşılanar. Bu vəzifə ilahi siyasi quruluş təsis edilmədən mümkün olmayacaq: «Zinakar kişiyə zinakar qadına yüz çubuq vurun» («Nur» 2). «Kişi qadın oğrunun əlini kəsin» («Maidə» 38). Dəmirlə iffət və mülkiyyətə uzanmış təcavüzkar əl kəsilir. «Allah Onun Rəsulu ilə vuruşa qalxanlar yer üzündə fəsad yaradanların cəzası ölümdür» («Maidə» 33). İctimai siyasi sabitlik dəmir vasitəsi ilə təmin olunur. Dəmir və şəmşir siyasi hakimiyyətin möhkəmliyidir.

Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin