Аллаһын елчиси


İLAHİ NİZAM Və XALQIN İŞTİRAKI



Yüklə 1,08 Mb.
səhifə68/130
tarix11.01.2022
ölçüsü1,08 Mb.
#110706
1   ...   64   65   66   67   68   69   70   71   ...   130

İLAHİ NİZAM Və XALQIN İŞTİRAKI


Sözsüz ki, ilahi nizam, quruluş ən xəlqi bir quruluşdur. Xalq bu quruluşun formalaşmasında, təşkilində iştirak edir. İlahi quruluşun sayəsində xalqın əsas hüquqları, azadlıqları, rifahı öz əksini tapır. Xalqın yaxından iştirakı bu quruluşun əsas xüsusiyyətidir. İnsanlar mədəni, ictimai sahələrdə, ümumi müdiriyyətdə iştirak edirlər. Müdiriyyət xalqın içindən təşkil olunur və onların istəklərini ifadə edir. Bu quruluşda xalq əl-ələ verib ilahi məqsədlərin həyata keçməsində müttəfiq olurlar. Həzrət Peyğəmbərin (s) hökumətində xalq beləcə iştirak edirdi. Hətta həzrət (s) dəfələrlə xalqın birgə iştirak beyətini rəsmi şəkildə icra etmişdi. Allah-taala bu barədə söhbət açır: «Allah xalqın beyət iştirakına razı oldu o zaman ki, həmin ağacın altında səninlə beyət etdilər». («Fəth» 18).

əlbəttə ki, agah və geniş şəkildə iştirak etməlidir. Agah olmayan bir iştirak özü təfriqə yaradıcıdır. Az olmur ki, insanların azğınlığı üçün doğru yoldan istifadə edilir. Xalq rejimi, rəhbəri, öz talehini təyin edən bu iştirakı dərk etməlidir. Səthi təhlillərlə bu yolda irəliləmək olmaz.

Dördüncü baxışın təhlilinə görə dini siyasətdən ayıran sekulyarizmin əsasaları puçdur. İkinci baxış, yəni axirətçilikdə də məqbul deyil. Çünki din insanın axirətinə diqqət yetirib, axirəti əbədi məskən bildirsə də, bu axirətə yalnız dünya həyatını qurmaqla çatmaq olar. Axirət həyatını qurmaq üçün əvvəlcə dünya həyatı qurulmalıdır. Müxtəlif sahələr, eləcə də siyasi müdiriyyət də dünya həyatının zərurətlərindəndir.

Üçüncü baxışa – siyasi hökumət və rəhbərin xalq tərəfindən seçilməsinə gəldikdə isə dini mənbələrdə belə bir yol təsidiq edilmir. Bu eynən «Səqifeyn Bəni-səid» baxışına uyğundur və şiələr tərəfindən qəbul edilmir. Bu fikir «Ğədir» hadisəsi ilə də uyğun gəlmir. Bir buna dəlil gətirmək olar ki, siyasi rəhbərlik imamət və ümmətə əsaslanır. İstər imam dövründə, istərsə də imamdan sonrakı dövrdəki siyasi rəhbərin təyinində xalqın seçimi rol oynamır. Xalq seçimi digər siyasi qurumlara aiddir.



Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin