Аллаһын елчиси



Yüklə 1,08 Mb.
səhifə70/130
tarix11.01.2022
ölçüsü1,08 Mb.
#110706
1   ...   66   67   68   69   70   71   72   73   ...   130

MÜQəDDəS SİYASəT


əvvəlki bölmdə qeyd edilən şübhələrə cavab olaraq demək olar ki, burada adi siyasətlə dini siyasət qatışıq salınır. Siyasətin elə bir forması var ki, məqsədə çatmaq üçün bütün vasitələrdən istifadə edilir. Hansı ki, belə bir forma dinlə, taqva ilə, müqəddəsliklə uyğun deyildir. Dini siyasət isə tamam başqa bir fomadır. Bu siyasətdə cəmiyyətə düzgün rəhbərlik, onu ilahi hədəflərə istiqamətləndirmək, mədəni dirçəliş, rifah və ictimai ədalətin təmini nəzərdə tutulur. Belə bir siyasətdə din və müqəddəslik qorunur. Əgər din qılınc götürməyi əmr etmişsə, bu müqəddəslikdən çıxmaq deyil. Bəlkə də, Allah yanında ən müqəddəs iş elə bu yolda ölmək və öldürməkdir. «əlinin zərbəsi səqəleyn ibadətindən üstündür» («Bəhar» 39-cu səh). Eləcə də, infaq (sədəqə vermək) etmək ibadətlə, müqəddsliklə zidd deyil. İnfaq özü ibadətdir. «Maidə» surəsində buyurulur: «İbadət halında zəkat verərlər».

Bəli, siyasət qeyd edilən xüsusiyyətlərlə yanaşı olmalıdır. Əslində dini müqəddəslik özü o zaman dəyərli olur ki, ictimai və siyasi dəyərləri əhatə etsin. səhv düşüncə tərzi şübhələr doğurur ki, ictimai məsuliyyətlər müqəddəsliklə bir araya sığmaz, müqəddəs şəxs siyasətə qatışmaqla paklığını əldən verər. Burada müqəddəsliklə tərkidünyalıq (inziva) qatışdırılır. Hansı ki, bir kənara çəkilib, tərkidünyalığa qatılmaq Allah tərəfində bəyənilmir. Ona görə də belə bir mövqe əsassızdır. Bu ruhiyyə başqasını döyüş meydanına ötürüb, bir kənarda tamaşaya dayanmaqdır.



Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin