Аллаһын елчиси



Yüklə 1,08 Mb.
səhifə73/130
tarix11.01.2022
ölçüsü1,08 Mb.
#110706
1   ...   69   70   71   72   73   74   75   76   ...   130

İSTİBDADIN BAŞLANĞICI


Bu fikrin qarşısında etiraz etmək olar ki, istibdad fərdin qərarından doğmur. O, xalqın istəklərinə diqqətsizlikdən yaranır. İstibdad nəfs istəklərindən, bir şəxs və ya o şəxsin ətrafının mənafelərindən doğur. Çıxarılmış qərar xalqın isətklərini ifadə edirsə o düzgün qərardır – fərqi yoxdur ki, uyğun qərarı bir fərd və ya cəmiyyət çıxarmışdır. Son qərarı ləyiqli bir şəxsin öhdəsinə qoyan ilahi quruluş şəxsi istəklərin ifadəsi ola bilməz. Xəta və günahdan uzaq olan peyğəmbər və imamlar qərar çıxararkən heç vaxt öz nəfsi istəklərinə əsaslanmamışlar.

Bu da var ki, dini siyasətçilər fəzilətli və mənəviyyatlı olur, öz dövrlərinin məsələləri ilə tam tanış olurlar. Həmin agahlıqla cəmiyyətin ziddinə qərar çıxarılması mümkün deyil.

Bunu da qeyd etməkliyik ki, dini rəhbərlərin də müdiriyyəti müxtəlif sahələr üzrə mütəxəssislərin rəyinə uyğun həyata keçirilir.

Peyğəmbər və imam varisi olan vəliyye-fəqih (rəhbər) üçün əsaslı xüsusiyyətlər müəyyəndir. Onun ən əsas xüsusiyyəti ədalətdir. Ədalət nəfs istəklərinə qarşı bir maneədir. Digrə bir xüsusiyyət müdriklik və müdiriyyətdir. Bu da fərdi qərarı istibdad rəngindən qoruyur. Başqa bir xüsusiyyət mütəxəssislərlə müşavirədir və bu müşavirə istibdad üçün bütün qapıları bağlayır. Siyasi müdiriyyətdə mərkəzləşmiş qərara gəlmədən əlavə üstün xüsusiyyəti odur ki, saleh fərd (rəhbər) mütəxəssislərin rəyi əsasında xalqın xeyri üçün öz nəzərini bildirir. Əgər fərd ədalət məhvərindən çıxıb, zərrəcə bir səhv buraxarsa, onun qərarı etibarsız olar və həmin fərd rəhbərlik məqamından uzaqlaşdırılar.

İlahi hökumətdə nəinki istibdadlıq yoxdur, əksinə mühüm müsbət xüsusiyyətlərdən biri budur ki, müdiriyyətin bariz əlaməti olan güc mərkəzləşməsi bu hökumətdir. Mütəxəssislərə əsaslanaraq qərarçıxarmanın mərkəzləşməsi və agah, layiq bir fərdin müdiriyyəti parçalanmanın qarşısını alır. Şura (cəm) şəkildə müdiriyyət ən müvəffəqiyyətsiz rəhbərlik üsuludur. Əlbəttə ki, mütəxəssislərlə məsləhətləşmə çox yaxşı işdir və tərəqiyyə səbəb olar. Buna görə də ilahi hökumət mövzusu ətrafında yaradılan şübhələr faydasızdır və bu quruluş tanımamaqdan yaranır. Bu mühüm məsuliyyət şübhəsiz ki, ilahi peyğəmbərlərin hədəflərindəndir.


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin