Аллаһын елчиси



Yüklə 1,08 Mb.
səhifə76/130
tarix11.01.2022
ölçüsü1,08 Mb.
#110706
1   ...   72   73   74   75   76   77   78   79   ...   130

1-YAXŞI SİFəTİN ÖLÇÜSÜ


Quran Peyğəmbərin (s) xasiyyətini belə tərifləyir: «Sən xasiyyətcə əzəmətlisən» («Qələm» 4). Allah-taala kimsəni bu sayaq tərif etməmişdir. Həzrət (s) ən yaxşı insan kimi təqdim olunur. Peyğəmbər yaxşı xasiyyətin ölçüsünün belə bəyan edir: «Yaxşı xasiyyətin ölçüçsü Allah sifətləridir». Yəni o şəxsin xasiyyəti yaxşıdır ki, ilahi əxlaqla bəzənmiş olsun. «ən yaxşı adlar xasiyyətlər Allahdandır» («Nəhl» 60, «əraf» 180). «İlahi rəngən gözəl rəng varmı?!» («Bəqərə» 138). İnsan üçün ən gözəl rəng ilahi rəngdir. İnsan ilahi sifətlərə canişin olmalı və bu canişin ilahi nişanələrlə zinətlənməlidir. Əgər Allah rəuf, rəhim, alim, kərim, əziz, həkim, bağışlayandırsa onun canişini də bu xasiyyətlərə malik olmalıdır. Allah-taala Quranda öz gözəl adları ilə təcəlli edir. Bu sifətlərə ən çox yiyələnən insan isə həzrət Peyğəmbərdir (s). onun haqqında belə deyilir: «Peyğəmbərin (s) xasiyyəti Qurandır».

Quran bu xasiyyətləri belə aydınlaşdırır: «Aranızdan bir peyğəmbər gəlib ki, sizi çətinliyə salan şeylər onu incidir. O, sizin hidayətinizi, səadətinizi istəyir. Möminlərə rauf rəhimlidir» («Tövbə» 128). «Allahın mərhəməti səbəbinə sən onlarla yumşaq rəftar etdin. Əgər sərt olsaydın, ətrafından dağılardılar» («Ali-imran» 159). «Məhəmməd (s) Allahın peyğəmbəridir. Onunla birlikdə olanlar kafirlərə qarşı sərt, bir-birləri ilə isə mərhəmətlidirlər» («Fəth» 29). Bu sifətlər mömin və xalis bəndədə təcəlli etmiş ilahi sifətlərdir.



Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin