Аллаһын елчиси



Yüklə 1,08 Mb.
səhifə80/130
tarix11.01.2022
ölçüsü1,08 Mb.
#110706
1   ...   76   77   78   79   80   81   82   83   ...   130

NAMAZ Və GECə OYAQLIĞI


Namaz Allah qarşısında bəndəliyin kamilliyidir. Peyğəmbər namazı «gözümün nurudur» deyə tərifləyib. Quran həzrəti (s) ibadi cəhətdən kamala yetirmək üçün belə buyurur: «Ey bürünmüş Peyğəmbər, gecə az bir hissəsi istisna olmaqla qalxıb namaz qıl! Gecənin yarısına qədər, yaxud bir qədər ondan az. Ya da bir qədər ondan çox həm aramla, ağır-ağır Quran oxu! Həqiqətən biz sənə ağır bir kəlam vəhy edəcəyik» («Muzzəmmil» 1-5). Quran kimi böyük bir feyzə nail olmaq üçün gecəni oyaq qalmaq lazımdır. Hamının rahatca yataqda uyuduğu bir zaman qalx və öz Allahınla danış. Gecəni sakit qəlbində qalx, Allahı çağır, Quranı gözəl oxu, kamillik məbdəsinə əl aç ki, ruhun əzəmətlənsin, ağır məsuliyyətləri, böyük risaləti qəbul edə biləsən.

GECə NAMAZI


«Gecənin bir vaxtı durub ancaq sənən xas olan əlavə namaz qıl. Ola bilsin ki, Rəbbin səni bəyənilmiş bir məqama çatdırsın» («İsra» 79). Bəyənilmiş məqama çatmaqda, yalnız haqqa bağlanmaqda gecəni oyaq qalmaq və gecə namazı qılmaq çox faydalıdır. Həzrət Peyğəmbər gecəni sübhədək fasilələrlə ibadətə məşğul olardı. Ola bilməzdi ki, o, gecəni sübhədək yatıb gecə namazı vaxtında dursun. O, azca istirahətlə ibadət edər, yorulduğu vaxt qısa fasilələr buraxardı.

«Peyğəmbər (s) işa namazı qıldıqdan sonra suyu və misvakı yaxında qoyub, üsütünü örtərdi. Azca yatıb oyanar, misvak edib, dəstəmaz alar, dörd rəkət namaz qılıb, yatardı. Sonar yenə də qalxar, misvak edər, dəstəmaz alar, dörd rəkət namaz qılar və yenə də yatardı. Sonra vətr namazına durardı» («Vəsailüş-şiə» 3-ci cild). Fəcrin tülusunadək dəfələrlə gecə namazına durar və oyaq qalardı. Uzun səcdələr və təsbihlər yerinə yetirərdi. Gecənin bir qismində Ona səcdə et və gecə uzunu da Onu təqdis et» («İnsan» 26).

Həzrət (s) o qədər xülusla, qəlbən namaz qılardı ki, hər şeyi unudar, diqqəti yalnız Allaha yönələrdi. Rəvayət edilir ki, namaz zamanı həzrət o qədər ibadətə aludə olardı ki, sanki o, kimsəni, kimsə də onu tanımırdı. «namaza dayanarkən Allah qorxusundan rəngi qaçardı». Haqq qarşısında o qədər ədəblə, təvazö ilə dayanardı ki, kənara qoyulmuş libas tək hərəkətsiz olardı» (ərəbi 4-ci cild).


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin