Аллаһын елчиси



Yüklə 1,08 Mb.
səhifə89/130
tarix11.01.2022
ölçüsü1,08 Mb.
#110706
1   ...   85   86   87   88   89   90   91   92   ...   130

RəHBəRLİK EVİ


Xalqla o qədər yaxın idi ki, onu özlərindən bilirdilər. Sirlərini onunla bölüşürdülər. Onu qonaq çağırırdılar. Cəmiyyətin ən aşağı adamı onu qonaq çağıranda bu dəvəti açıq ürəklə qəbul edərdi. Onun evi rəhbərlik mərkəzi və xalqın gəlib-getdiyi ev idi. Bu evdə uzun uzadı xalq yığıncaqları olardı. Onun süfrəsi başına toplaşar söhbətləşərdilər. Hətta bu işdə o qədər ifrata vardılar ki, həzrətin rahatlığını pozdular. Amma o kimsədən üz döndərmirdi. Bəziləri o qədər həddi aşdılar ki, Allahdan ayə nazil oldu: «Ey möminlər, Peyğəmbərin dəvəti icazəsi olmadan onun otağına daxil olmayın, dəvət ediləndə vaxtından əvvəl gedib, yemək gözləməyin. Elə ki yemək yediniz peyğəmbərin evində bir-birinizlə söhbətə başlamayınız. Sizin orada çox qalmağınız ona əziyyət verir. O, isə üzə vurmağa utanır» («əhzab» 53). Həzrət o qədər xoş rəftarlı idi ki, xalq onun evində toplanardı. Hansı rəhbər onun kimi xəlqidir?! Hansı rəhbərin evi xalq üçün yığıncaq yeri olub?! Bu sayaq xüsusiyyətlərə yalnız ilahi səfirlərdə rast gəlmək olardı.

Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin