Аллаһын елчиси


RəSULİLLAH (S) Və MəSULİYYəTLəRİN QəBULU



Yüklə 1,08 Mb.
səhifə90/130
tarix11.01.2022
ölçüsü1,08 Mb.
#110706
1   ...   86   87   88   89   90   91   92   93   ...   130

RəSULİLLAH (S) Və MəSULİYYəTLəRİN QəBULU


Peyğəmbərin həyatında nəzərə çarpan digər bir xüsusiyyət onun məsuliyyəti qəbul etməsidir. Axı insanda rahatlığa bir meyl var. O, məsuliyyəti qəbul etməklə başqalarına xidmətə çalışır. Əlbəttə ki, çoxları ictimai və siyasi məsuliyyəti öz istəklərini həyata keçirmək üçün qəbul edirdilər. Hansı ki, ilahi və insani dəyəri olan məsuliyyətin qəbulu ilahi razılıqdan ötrü başqalarına əl tutmaq üçündür və nəfs bu işdən qaçır. Cəmiyyətə rəhbərlik peyğəmbərlərin öhdəyə götürdüyü çox böyük məsuliyyətdir. Bu məsuliyyət çətinliklərə dözməklə, böhtanlarla üzləşməklə, müxtəlif xalifətlərlə rastlaşmaqla həyata keçir. Bütün dözmək üçün insana çox böyük dözüm lazımdır. İlahi peyğəmbərlər böyük dözüm sahibi olduqlarından cəmiyyətə rəhbərlik məsuliyyətini daşıya bilmişlər. İnsanları fəzilətlə tanış etmək yolunda zorluqlarla üz-üzə gəlmişlər. Çətinliklərə dözərək ən yaxşı müvəffəqiyyəti əldə etmişlər. Onlar cəmiyyətə yol göstərmək üçün öz dövrlərinin zalımları ilə vuruşmuşlar. Cəmiyyətdən zülmün əlini kəsmək və onu nizama salmaq kiçik iş deyil. Bu işin icrası üçün böyük dözüm və məsuliyyətin qəbuluna ehtiyac var. Həzrətin yolu bu baxımdan çox aydındır. Quran onun bu xüsusiyyətini çox gözəl təsvir edir. O, xalqın hidayəti üçün gecə-gündüz tanımadı. Xalqın etiqadı və əxlaqi bəlalardan, zalımların zülmündən qurtarmaq üçün məsuliyyət hiss etdi. «O, sizin hidayətiniz üçün çalışır, möminlərə rəuf mehribandır» («Tövbə» 128). «İnadkar günahkarların hidayətinə qədər çalışsan səy göstərsən qəbul etməyəcəklər» («Nəhl» 37). O, hətta azğın inadkarlar və düşmənlər üçün də çalışırdı. Onları cəhənnəm odundan qurtarmaq istəyirdi. Həzrət o qədər çox çalışır ki, Allah onu özünü zəhmətə salmamağa çağırır. «Quranı sənə nazil etmədik ki, özünü bu qədər zəhmətə salasan» («Taha» 1).

Həzrətin bu yolu onun ardıcılları üçün çox böyük bir dəvətdir. Özünü müsəlman adlandırıb vəzifəyə gəldikdə səhlənkarlıq edənlər bu yoldan dərs almalıdırlar. Peyğəmbərin yolu beləcə nümunə olmalı, cəmiyyəti hərəkətə gətirməlidir. Bu yolun qiyməti o zaman bilinər ki, insanlar peyğəmbərin ilahi razılıqdan başqa əvəz gözləmədiyini bilsinlər. Ona də heç bir nəfs istəyir müşahidə edilmir. Ona görə də cəmiyyətdə bu yolun çox böyük bir təsiri var.



Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin