Аллаһын елчиси


RəSULULLAH (S) Və DÖZÜMLÜLÜK



Yüklə 1,08 Mb.
səhifə91/130
tarix11.01.2022
ölçüsü1,08 Mb.
#110706
1   ...   87   88   89   90   91   92   93   94   ...   130

RəSULULLAH (S) Və DÖZÜMLÜLÜK


Böyük ilahi məqsədlərə çatmaq üçün çətinliklərə dözmək lazım gəlir. Haqq qüvvələri ilə qarşı-qarşıya daim şeytan qüvvələri səf çəkib dayanır və ilahi məqsədlərə mane olur. «Elə bir peyğəmbər göndərmədik ki, Şeytan onun istəkləri qarşısında mane yaratmasın» («Həcc» 52). Peyğəmbərin arzusu xalqın hidayətidir. Şeytan bu arzu qarşısında müxaliflik edir və insanlar çaşqınlıq yaratmağa çalışır. Bu daim insan və cin şeytanların hədəfi olub. Bu fitnələrə qarşı çıxmaq üçün mübariz və möhkəm bir ruhiyyə lazımdır. Düşmənin mədəni, təbliği və nizami hücumları qarşısında möhkəm dayanmaq, çətinliklərdən qorxmamaq gərəkdir. Düşmən ifşa edilməli, onun fitnələri öz əleyhinə tamamlanmalıdır. Dinin yüksəliş haqq qüvvələrin fədakarlığı ilə mümkündür.

Peyğəmbər (s) Mədinəyə hicrət edəndə müsəlmanlar qüdrətə çatdılar. Onun göstərişi ilə əbu Süfyanın ticarət karvanını tutmaq üçün Mədinədən çıxdılar. Burada məqsəd ələ qənimət keçirilməsi idi. Lakin Allah-taala elə müqəddər etdi ki, müsəlmanlar Məkkədən karvanı qarşılamaq üçün gəlmiş silahlı dəstə ilə qarşılaşdılar və vuruş başladı. Bu vuruşda müsəlmanlar əzəmətə çatdılar və əbu Cəhəl, Utbə, Şəybə kimi Qüreyş başçıları xar oldular. Təqribən yetmiş nəfərin ölümü və bir o qədərin də əsir olması ilə kafirlər acı bir məğlubiyyətə uğradılar.

Peyğəmbər (s) və müsəlmanların bu fədakarlığı islamın əzəmətinə və haqqın qələbəsinə səbəb oldu. Allah-taala cəbhədə mətanət ətası ilə dinə yardım edir. «Yada sal o zamanı ki, Allah iki karvandan birini sizə vədə verdi. Siz silahsız bir karvanla qarşılaşmaq istədiniz. Lakin Allah haqqı möhkəmlətmək kafirlərin kökünü qorparmaq istədi» («ənfal» 7). Ona görə də sizi silahlı karvanla qarşılaşdırdı. Allah-taala möcüzə ilə də kafirləri məhv edə bilərdi. Lakin insanların imtahanı üçün bu iş onların əli ilə həyata keçməli və onların dözümlülüyü aşkara çıxmalıdır. Din haqq qoşununun dözümü ilə əbədidir. «əgər Allah insanların bir qismini digər qismi ilə dəf etməsəydi, sözsüz ki, sövmələr, kilsələr, məbədlər, Allah adı zikr edilən məscidlər uçulub dağılmışdı» («Həcc» 2).

Din müdafiə və cihadla möhkəmlənər. Quran düşmənlə qarşılaşmaq üçün möhkəm dözümlü olmağı tapşırır. Dözümlülük olmasa, ilahi hədəflər həqiqətə çevrilməz. «Polad iradəli peyğəmbərlər kimi səbr et» («əhqaf» 35). «Məmur olduğun kimi müqavimət etməlisən» («Hud» 11-ci cild).

Rəsulullah (s) Allahın göstərişi ilə ilahi məqsədlər uğrunda o qədər mübarizə apardı ki, ondan tez qocalmasının səbəbi soruşulanda buyurdu: «Hud» surəsinin müqavimət göstərişi verən ayəsi və «Vaqeə» surəsi məni qocaltdı. («Nurus-səqəleyn» 2-ci cild). Həzrətin (s) həyatı və mübarizəsi hamı üçün haqq yolda mübarizə dərsidir. Rəsulullah (s) düşmənin fitnələrinə, yeni quruluşun çətinliklərinə, cəbhə və cihadın çatışmazlıqlarına, yaxınlarının ölümünə, vətənin fərağına o qədər dözdü ki, dözümün fövqünə yetdi. Bu Quranın göstəriş verdiyi həmin gözəl səbrdir. «Kafirlərin əziyyətlərinə mətanətlə səbr et» («Məaric» 5).


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin