Аллаһын елчиси



Yüklə 1,08 Mb.
səhifə104/130
tarix11.01.2022
ölçüsü1,08 Mb.
#110706
1   ...   100   101   102   103   104   105   106   107   ...   130

4-İCTİMAİ AZADLIQ


Azadlığın ən çox diqqət edilən işləmi ictimai azadlıqdır. Yəni, insanın ümumi rəftarlarda, öz baxışını bildirməkdə, siyasi çalışmalarda azadlığı. Bunun əksi istibdaddır. Ən çox rol oynayan, ictimai-siyasi münasibətlərdə, insanlar arasında, firqələrdə diqqət edilən məhz ictimai azadlıq məsələsidir. İnsanlar bu sahədə azadlığa meyllidir və öz ictimai-siysi çalışmalarını həyata keçirmək istəyirlər.

Hakim sinfi qorxuya salan elə bu azadlığın nəticələridir. Müxtəlif hökumətlər bu azadlığa müxtəlif münasibət bəsləyirlər. Əgər hökumət xalqa arxalanırsa, belə bir azadlıqdan qorxmur. Lakin zora güvənən hakimiyyətlər bu azadlığı təhlükə bilir və onu hər vasitə ilə məhdudlaşdırırlar.

İlahi peyğəmbərlər xəlqi olduqlarından belə bir azadlıqdan çəkinməmişlər. Onların siyasi quruluşu xalq üçün olduğundan zora güvənən hər bir hərəkatla mübarizə aparmışlar. İctimai azadlıqlar nəinki peyğəmbərləri qorxutmamış, əksinə onların ilahi amallarının gerçəkləşməsinə kömək göstərmişdir.

Bu azadlığı cəmiyyətə peyğəmbərlə hədiyyə etmişlər. Bu bütün peyğəmbərlərin çağırışıdır ki, tağutun tələsindən qurtulun və ilahi dəyərlərə üz tutun. «Allaha ibadət edin, tağutdan çəkinin» («Nəhl» 36).

Quranda Firon tağut simvoludur. Firon istibdadı ictimai-siyasi yönümləri buxovlayırdı. İlahi peyğəmbərlərin vəzifəsi xalqı bu zülmdən qurtarmaq idi.

Firon xalqı mədəni zillətə sürükləyirdi. İstibdad inamları xalqa qəbul etdirilirdi. «Mən sizin rəbbinizəm» («Naziat» 26). «Qanun mənim qanunumdur, xalq mənə itaət etməlidir» deyirdi. Bu məqsədə çatmaq üçün xalqı insani, ilahi mədəniyyətdən uzaqlaşdırır, istibdad mədəniyyətinə sürükləyirdi. «Öz qövmünü yüngül saydı, onlar da ona itaət etdilər» («Zuxruf» 54). Çünki mədəni bir xalq istibadadı qəbul edə bilməzdi.

Musa (ə) bu istibadad qarşısında belə bir azadlıq çağırışı verir: «Allahın bəndələrini azad edib, mənə tapşır» («Naziat» 26). Musa (ə) xalqı insani və ilahi dəyərlərə yönəltmək istəyir.

Rəsulullahın (s) bu yönümdə çağırışı məcburi zəncirlərin qırılmasıdır: «Onların üzərindən ağırlıq zəncirləri götürər» («əraf» 156 ???). Həzrət (s) onları müxtəlif etiqadi və ictimai boyundurmalardan azad etdi. Rəsulullah (s) ilahi vəhylə cəmiyyəti şirkdən tövhidə çağırdığı kimi, ictimai-siyasi yönümdə də xalqı zülm və cəhalətdən qurtardı. İstibdad zəncirlərini qırdı, cəmiyyəti ilahi dəyərlərə, insani mədəniyyətə çağırdı və onlara azadlıq hədiyyə etdi.

İctimai cəhətdən insanları qüdrət sahiblərinin nəfs istəklərinə itaətdən azad etdi. İnsanlar yalnız dəyərlər qarşısında baş əydilər.

Rəsulullahın (s) mədəni cəmiyyətində xalq mədəni, ictimai-siyasi qərarların müzakirəsində iştirak etdirdilər. İlahi siyasi quruluşda bütün cəmiyyət dəyərlərin gerçəkləşməsində yekdildirlər. Xalq ictimai sahələrdə müdiriyyət və siyasətdə iştirak edir, hətta rəsmi şəkildə rəhbərlə iştirak peymanı bağlayırlar. Həzrətin əli zorluların qarşısını alır. Həzrətin çağırışı o dövrün hakimlərinə təqdim ediləndə o qədər ağıllı və azad qəbul edirdilər ki, hamı heyrətdə qalırdı.



Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin