Ülfət, yaxınlıq ailənin əsasıdır. Bu əsası qüvvətləndirən hər bir amil din tərəfindən israr olunur. Daha çox iki amilə diqqət yetirilir və bu amillər ailənin əsası hesab olunur. Bunlardan biri məhəbbət, digəri isə güzəştə getməkdir. Hər iki amil ülfət və bağlılığın yaranmasında mühüm rola malikdir. İlikin rol iki həyat yoldaşının məhəbbətinə aiddir. İctimai həyat boyu büdrəmələr çox olduğundan güzəştə getmə də mühüm rola malikdir. Çünki hər büdrəmə, hər nöqsanın ardınca düşmək küdurətə səbəb olur. Amma hər kəs öz səhvinə görə utanıb, qarşı tərəfi bağışlasa və öz səhvini islah etsə, nəticədə pis olmaz. Hər ikisinin sonu ülfət və bağlılıqdır.
Allah-taala bu səbəbdən də iki əsası – ər-arvad bağlılığının bünövrəsi kimi xatırlayır. Ər-arvad bir-birlərinə bağlı olmalı, bir-birinin nöqsanını bağışlamalıdırlar. «Sizin aranızda iki bağ qərar verilmişdir – biri məhəbbət, digəri isə güzəştə getmə».
Həyatının bütün sahələri örnək olan Rəsulullah ailə qurumunda da hamı üçün nümunədir. O, ailədə daim ülfət və məhəbbətin varlığı üçün nöqsanları bağışlayır. Kimsə bu meyarlara həzrət qədər diqqət yetirməmişdir. Həzrət həyat yoldaşına məhəbbəti namaza məhəbbətdən ayırmır.
Dostları ilə paylaş: |