Аллаһын елчиси


RəSULULLAH (S) Və CAVANLAR



Yüklə 1,08 Mb.
səhifə115/130
tarix11.01.2022
ölçüsü1,08 Mb.
#110706
1   ...   111   112   113   114   115   116   117   118   ...   130

RəSULULLAH (S) Və CAVANLAR


Gənclər öz cavanlıq dövrlərinin xüsusiyyətlərinə uyğun olaraq, həm tərbiyəyə yatımlı, həm də yenilikçi və rəngarənclik sevərdilər. Onlar proqramlı, yekcins həyatdan yorulurlar. Cəmiyyətin təlim-tərbiyə qurumları o zaman müvəffəqiyyət qazanır ki, gənclərin zövqünü oxşayacaq növbə-növ proqramlar hazırlasınlar. Quru və cazibəsiz tədbirlərdə iştirak etmək gənclər üçün darıxdırıcıdır. Bu qanın dini quruluşda da istisna deyil. Əgər dində ruh olmasa cavanlar təbii olaraq kənarda qalacaqdır. Əslində, bu sayaq yekcinsliyi, quruluğu din adlandırmaq olmaz. Dinlə onun mənbəsi olan vəhydən tanış olmaq olar. İlahi vəhy isə Quran və rəvayətlərdə əks olunmuşdur. Din özünü dinşünas adlandıran və öz şəxsi rəyinə əsaslanan bəzilərinin düşüncəsi deyildir. Dinə birtərəfli yanaşmadan doğan düşüncələr onu ruhsuz təqdim edir və gənclərin dindən uzaqlaşmasına səbəb olur.

Dini tanıtdıran peyğəmbərlər cəmiyyətin bütün təbəqələri ilə yanaşı addımlayır və öz çiyin yoldaşını insani və ilahi dəyərlərlə maraqlandırırlar. Ona görə də peyğəmbərləri cəmiyyətin təkcə bir təbəqəsi (məsələn, qocalar) əhatə etmir. Onun ətrafında qocalar, cavanlar, qadınlar və kişilər, kasıblar və varlılar toplanır. Bu dairədə ən çox gözə dəyən isə ictimai, iqtisadi, siyasi, hərbi sahələrdə mühüm rol oynayan gənclərdir. Peyğəmbərlər heç zaman bu enerjili nəsli yaddan çıxarmamışlar. Onların ətrafında cavanlar olmuşlar. Rəsulullah (s) cavanları gözəl anlayır, onların meyllərinə diqqət yetirirdi. Həzrət onların əksər istəklərinə, eləcə də cinsi meyllərinə diqqətli idi. Bu ehtiyacların ödənilməsi üçün Rəsulullah (s) çox çalışırdı. Onun dövründə evlənmək olduqca asan idi və böyük xərc tələb etmirdi. Onun cəmiyyətində dargözlük, yersiz tələblər yox idi. Əksər cavanın evlənməsi günün bütün adi işləri kimi olduqca asan idi. Bütün bunlra ilahi cəmiyyətdə gənclərin istəklərinə diqqətin təcəllisidir.

Rəsulullah (s) müxtəlif təbəqələr və cavanlarla məşvərət edərdi. Onların şəxsiyyətini uca tutardı. Həzrətin özünəməxsus xüsusiyyətləri onu cavanlara sevdirirdi və onlar müxtəlif toplantılarda iştirak edirdilər.

Rəsulullah (s) onların hisslərini, meyllərini dərk edərək, onları inandırırdı. Heç bir gənc onun hüzurunda, onun mövqeyindən inciməzdi.

Peyğəmbər (s) bu təbəqəni nəfs izzətinə (nəfsitoxluğuna) diqqətli idi. Onlar etiqadlı, şəxsiyyətli və özünə inamlı tərbiyə olunurdular, istedadları çiçəklənirdi. Elə buna görə də həzrətin ən möhkəm yoldaşları ona tövhid yolunda kömək edən cavanlar idi.


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin