Аллаһын елчиси



Yüklə 1,08 Mb.
səhifə117/130
tarix11.01.2022
ölçüsü1,08 Mb.
#110706
1   ...   113   114   115   116   117   118   119   120   ...   130

CAVANLARA VəZİFə VERMəK


Həzrət (s) cavanlara məsuliyyət, vəzifə verərdi. Onları heç vaxt kənarlaşdırmaz, hətta böyük vəzifələr tapşırardı. Müxtəlif ictimai məsuliyyətlərdə gənclər iştirak edərdilər.

Həzrət (s) gənclərə o qədər inanırdı ki, vəzifədə özünün doğruldanların istedadından tam faydalanırdı. O, gənclərə vəzifələr tapşırar və heç bir səbəb onu fikrindən daşındırmazdı. Öz inamında ciddilik göstərirdi. Bu inam səbəbindən həzrətin ətrafını cavanlar tutardı və onun tədbirləri cavanlar tədbiri idi. Onun yaxınları cavanlar nəslində təşkil olunardı. Hicaz gəncləri həzrətə o qədər məftun olmuşdular ki, öz ata-analarından, vətənlərindən əl çəkmişdilər. Onlar çətin şəraitdə amalların sədaqətli qalmışdılar. Hətta risalətin ilk çiçəkləri gənclər arasında cücərmişdi. Gənclər o qədər dərin inama sarılmışdılar ki, dini tədbirləri şəhərdə keçirmək mümkün olmayanda şəhər kənarına çıxardılar.

Rəsulullah (s) böyük mədəni, ictimai, hərbi vəzifələri cavanlara həvalə edərdi. Həzrətin Mədinəyə hicrətindən əvvəl gənc Məsəb ibni əmir mədəni və təbliği risalətin icrası üçün Mədinəyə göndərilir. Həmin bu gənc Bədr və Ühüd döyüşlərinin bayraqdarı olur və Ühüd döyüşündə şəhadətə yetişir.

İyirmi bir yaşlı İtab ibni əsid Məkkənin fəthindən sonra həzrət tərəfindən Məkkə valisi kimi siyasi işlərə məsul təyin edilir. Hansı ki, səhabələr arasında ondan yaşlıları çox idi. Bəziləri cavan olduğu üçün etiraz etdikdə həzrət qətiyyətlə cavab verir ki, vəzifəyə təyinatda ölçü yaş yox, ləyaqət və fəzilətdir. Hər yaşlı insan ləyaqətli olmur. Başqa sözlə, yaş böyüklük səbəbi deyil. Böyüklük ləyaqət və fəzilətdir. Bu sözlər Məkkənin dini təbliğatçısı iyirmi altı yaşlı Məaz ibni Cəbələ də aiddir. («Sireyi hələbi» 3-ci cild).

Eyni hal rumlulara qarşı könüllü döyüşçülərin başçısı Üsamə ibni Zeydin təyinatında da müşahidə edilir. Könüllülər arasında yaşlılar nə qədər çox olsa da, həzrət on səkkiz yaşlı gənci sərkərdə təyin edir. Etiraz edənlərə eyni cavab verir. Üsamə öz atası kimi bu məqama layiqdir. Bu həzrətin üsuludur. Gənclərin başçı təyin olunmasına görə döyüşdən yayınanlar olurdu. Əbu əyyub ənsari belələrindən idi. qısası, həzrətin ətrafı cavanlar idi. Həzrətin buyurduğu «mənə cavanlarla yardım edildi» sözləri həqiqətdir.


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin