XOŞ ÜZLÜLÜK
Bu meyarların çiçəklənməsində Rəsulullahın (s) üsulu hamı üçün nümunədir. O, ictimai münasibətlərdə insani və ilahi hüquqlara həyat verdi. O, xalqla xoş üzlə, şirin rəftar edir, kin və acılıqdan çəkinirdi. («Bəhar» 16-cı cild).
O, başqaları ilə qarşılaşanda birinci salam verərdi. Salam vermək öz münasibətini bildirməkdir.
EYNİ RəFTAR
O, insanlara öz rəftarında fərq qoymaz, eyni cür yanaşardı. Varlıya, kasıba fərq qoymazdı. («Bəhar» 7-ci cild). «Hücürat» surəsində buyurulur: «Ey iman gətirənlər, sizi bir kişi və bir qadından yaratdıq. Sonra bir-birinizi tanımanız üçün sizi xalqlara və qəbilələrə ayırdıq. Allah yanında ən hörmətli olanınız pis əməllərdən daha çox çəkinənənlərinizdir». Fərq hansı tayfadan olmaqda yox, hansı fəzilətə malik olmaqdır.
Dostları ilə paylaş: |