PEYĞəMBəR (S) NəSLİNİN ETİQADI
Peyğəmbər (s) nəslinin etiqadı diqqət ediləsi mövzulardandır. Qələm əhli bu mövzuya toxunmuş, müxtəlif, bəzən isə qərəzli fikirlər söyləmişlər. Bəziləri şiələr kimi inanır ki, Peyğəmbərin (s) ata-babası müvəhhid-təkallahçı olmuş və büdpərəstliyə, şirkə aldanmamışlar. Lakin əksər sünnə əhli Peyğəmbərin (s) bütün babalarının müvəhhid olduğunu qəbul etmirlər. («ərəbi İtqan» 1-ci cild).
Şiələr inanır ki, Peyğəmbər (s) əsli daim pak, günahlardan uzaq, Allahçı ailələr olmuşdur. Küfrlü və şirkli bir nəsildən belə bir əzəmətli şəxs törəyə bilməzdi. Şiələrin digər inamları kimi bu inamının da əsası maarif kövsəri, hər cür nöqsandan uzaq Quran və əhli-beytdir.
Səduq (r) buyurur: «Şiələrin etiqadına görə Adəmdən Əbdüllaha qədər Peyğəmbərin (s) babaları hamısı müsəlman olmuşlar».
əminül-islam buyurur: «Peyğəmbər babalarının Adəmə qədər müvəhhid olmasını şiələr doğru bilir».
Məclisi (r) buyurur: «Şiə bu inamla şərikdir ki, Peyğəmbərin (s) Adəmədək babaları müvəhhid olub» («Bəhar» 15-ci cild). Dini əsərlər və tarixi mənbələr bu baxışı təsdiq edir. Bu dəlildən sonra digər baxışların şərhinə ehtiyac qalmır. Bu dəlillərə bütün şübhələr və ittihamlar puç olur. İttihamların çoxu ədnandan sonraya aiddir. Ondan əvvəlki dövrdə İbrahim dindən sapmalar qeyd edilir. Çünki imam Sadiqdən (ə) etibarlı bir rəvayətdə nəql olunur ki, İsmail övladları ədnanın dövrünədək ilahi dində olmuşlar. Ədnanın dövründən sonra peyğəmbərlər arasındakı fasilə böyük olduğundan sapıntılar meydana çıxdı. Ədnana qədər Allah evinin müdiriyyəti İsmail övladlarına məxsus idi. Onlar həcc mərasimi keçirirdilər. («Bəhar» 15-ci cild). Hər halda Peyğəmbərin (s) əcdadlarının müvəhhidliyinə (ədnandan Əbdüllaha qədər) dəlil göstərə bilsək, şiənin əsil etiqadı yaxşıca aydınlaşar. Buna Quran, rəvayət, tarixdən bir neçə sübut gətirmək olar:
1-əvvəlcə bunu qeyd etmək olar ki, İbrahim-xəlil (ə) Kəbəni bərpa etdikdən sonra Allaha öz istəklərini bildirdi. İstədi ki, övladları büdpərəstlikdən uzaq olsun, ailəsindən namazı yaşadanlar olsun, onlardan xalqa rəhbərlər seçilsin. Allah-taala İbrahimin (ə) dualarını qəbul etdi. Onun nəslindən peyğəmbərlər, ilahi rəhbərlər, dünya risalətli elçi seçildi və digər duaları da qəbul oldu. Əgər bu dualar heç olmaya bəzi İbrahim övladları haqqında qəbul oldusa, bu şiə həzrət Məhəmmədin (s) babalarından daha ləyaqətli kim ola bilərdi?!
Bu duaların qəbulu həzrət Peyğəmbərin (s) babalarını xatadan kənar olduğunu təkid etmirmi? Məkkə əhalisi üçün bütpərəstlik kənardan gətirilmiş bir məram idi və heç bir mötəbər sənəddə onun Peyğəmbər (s) əcdadına aidiyyatı sübut edilməyib. Məkkə əhalisinin təbii həyatı İbrahim dinində idi. Bu şəraitdə istənilən bir şəxsi bu dindən kənar etmək üçün dəlil lazımdır. Qeyd etdiyimiz kimi, büdpərəstlik rəsmi şəkildə Peyğəmbərin (s) ona altıncı babası İlyasın nəvəsi əmrunun zamanında qeyd edilir. İlyasın üç oğlu vardı: Mədrəkə, Tabixə, Qəmə. Əmru Qəmənin oğludur. Peyğəmbər (s) Mədrəkənin nəslindəndir. Bu nəsil adsız deyildir ki, onun dini kiminçünsə qeyri-mümkün olsun. Məhşur adamların bütün xüsusiyyətləri hamıya aşkar olur. Belə bir məhşur şəxs bütpərəst olsaydı, hökmən mötəbər tarixi sənədlərdə qeyd edilərdi. Hansı ki, yersiz ittihamlar vardır. Qeyd edilənlər «Şüara» surəsinin 2-ci ayəsinin məzmunu ilə uyğundur – Allahın Rəsulu (s) bir səcdə edənin sülbündən digər bir səcdə edənin sülbünə ötürüldü.
2-Çoxlu rəvayətlər həzrət Peyğəmbərin (s) əcdadının paklığını təsdiq edir. (Rəvayətlər çox olduğundan onların mənbəsini araşdırmağa ehtiyac qalmır). Məaz ibni Cəbəl Peyğəmbərdən (s) nəql edir: «Sübhan Allah dünyanı yaratmadan yeddi min əvvəl məni, əlini, Fatiməni, Həsən və Hüseyni yaratmışdır. O zaman bizi Adəmin və digər ata-analarımızın sülbündən qərar vermiş və bizə heç bir şirk və küfr tozu dəyməmişdir». («Bəhar» 15-ci cild).
3-əbuzər Ğəffari Peyğəmbərdən (s) belə nəql edir: «İbrahim oda atılanda biz onun sülbündəydik və daim paklıq sülbü ilə ötürülüb Əbdül Mütəllibə yetişmişik. Sonra iki yerə ayrılıb, Əbdüllah və Əbu Talib sülbündə qərarlanmışıq». Qəti şəkildə müşrik sülbünü pak adlandırmaq olmaz.
4-Digər bir rəvayət də həmin üçüncü rəvayətdir ki, «Adəm xəlq olanda Allah-taala bizi (Peyğəmbər (s)) onun sülbündə qərar verdi. Beləcə, pak bir sülbdən digərinə, pak bir bətndən o birinə ötürüldük və Əbdül Mütəllibə yetişdik».
5-İmam Sadiqdən (ə) digər bir rəvayətə görə həzrət Peyğəmbər və əli (ə) Əbdül Mütəllibə yetişənədək daim pak sülblərdə olmuşdur.
6-Həzrət Peyğəmbərdən (s) nəql olunmuşdur ki, Allah-taala bizi dünyaya gələnədək daim pak sülb və bətnlərdən ötürülmüşdür və heç bir cahiliyyət çirkinliyi bizi bulaşdırmamışdır. Hansı cahiliyyət çirkinliyi şirkdən daha pisdir?!
7-Həmin məzmunda digər bir rəvayətə görə imam Sadiq (ə) nəql edir ki, Allah-taala Peyğəmbərə salam göndərdi və buyurdu: Sənin gəldiyin sülbə, səni doğan bətnə, səni tərbiyə edən qucağa atəşi haram etmişəm. Aydındır ki, müşrik, insana atəş haram deyil.
8-Allah-taala həzrət Peyğəmbərə (s) bildirdi ki, sənin gəldiyin sülbə, səni doğan bətnə, səni doyuran sinəyə, səni tərbiyə edən ağuşa atəşi haram etmişəm.
9-Bəzi rəvayətlər Allah Rəsulunun (s) bəzi acdadına şahidlik edir. Peyğəmbər (s) buyurmuşdur: «Rəbiə və Məzr haqqında pis söz deməyin, çünki onların hər ikisi müsəlman və İbrahim dinində idilər».
10-İlyas barədə buyurulur: «İlyas mömin idi, onun haqqında pis söz deməyin». İlyas İbrahim dininə qarşı bidətlərə müxalifətçilik etmişdir. O Bəni-ismailin İbrahimə qarşı bidətlərinə etiraz edən ilk şəxsdir.
Dostları ilə paylaş: |