Аллаһын елчиси



Yüklə 1,08 Mb.
səhifə19/130
tarix11.01.2022
ölçüsü1,08 Mb.
#110706
1   ...   15   16   17   18   19   20   21   22   ...   130

Əbdüllah


Əbdül Mütəllibin doqquz oğlu vardı. Zəmzəm quyusu qazılanda nəzr etmişdi ki, əgər on oğlu olarsa, birini Allah yolunda qurban edər. Onun duası qəbul oldu və Allah-taala ona onuncu oğulu əta etdi. Bu oğlanlar bunlardan ibarətdir: Haris – böyük oğul, Zübeyr, əbd Mənaf (əbu Talib), Həmzə – Seyyidüş-şühəda, Ğəydaq, Ziraf, Müqəvvəm, Əbdül-üzza (əbu Ləhəb), Əbbas. Peyğəmbərin (s) atası Əbdüllah Əbdül Mütəllibin sonuncu oğlu idi.

Əbdüllah dünyaya gələndən sonra Əbdül Mütəllib öz nəzərini yerinə yetirmək qərarına gəldi. Övladları arasında püşk atdı. Püşk Əbdüllaha düşdü. Əbdüllahın əlindən tutub qurbangaha apardı. Qohum-əqraba yığışıb bu işə mane olmaq istədilər. Çünki bu iş sonrada adətə çevrilə bilərdi. Təklif etdilər ki, on dəvə və Əbdüllah arasında püşk atılsın. Püşk yenə də Əbdüllaha düşdü. Dəvələri yüzədək artırdıqdan sonra püşk dəvələrə düşdü. Beləcə, 100 dəvə Əbdüllahı əvəz etdi. Necə ki, qeybi qoyun İsmaili əvəz etmişdi. O zamandan başalyaraq insanın diyəsi yüz dəvə oldu. Bu adət Əbdül Mütəllibin adəti oldu və islamda da qorunub saxlanıldı. Bu məsələ ilə əlaqədar Peyğəmbər (s) buyurub ki, «mən iki qurbanın övladıyam». Burada İsmail və atası Əbdüllahı nəzərdə tutur.

Əbdüllah bədən quruluşu, həmçinin ağıl gözəlliyi nəzərincə ərəblər arasında tanınmış şəxs idi. O, Əbdül Mütəllib övladlarının seçilmişi idi və diqqəti hamıdan çox cəlb edirdi. Əbdüllah çox yaşamayıb. Amənə ilə evləndikdən sonra Şam səfərindən qayıdarkən xəstələnir və Mədinədə ata qohumu Bəni Nəccarın yanında qalır. Elə orada da 25 yaşında ikən vəfat edir. Darül-nabiğə məhəllində dəfn edilir. Onun qəbri illərlə ziyarət edilir. Ali Səud vaxtı hərəmin genişləndirilməsi bəhanəsi ilə bu qəbir dağıdılır. Onun vəfat tarixi mübahisəlidir. Yalnız bu aydındır ki, o, Peyğəmbər (s) anadan olmamış vəfat edib. Lakin Yəqubi bu fikri rədd edib, imam Sadiqdən (ə) nəql edir ki, Əbdüllah Peyğəmbər (s) dünyaya gələndən iki ay sonra vəfat edib. Bəli, Peyğəmbərin (s) digər acdadı kimi Əbdüllah da müvəhhid və allahçı olmuş, bəşəriyyətin ən üstün, kamil şəxsini yadigar qoyub getmişdir.


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin